Allahşükür Paşazadə abort, süni mayalanma, orqan transplantasiyası və estetik əməliyyatlarla bağlı mövqeyini açıqlayıb
A. Paşazadə əlavə edib ki, cahilliyə, yəni İslamdan əvvəlki dövrdə qız uşaqlarının diri-diri torpağa gömülməsi kimi Allah tərəfindən bəyənilməyən bir əməlin indi selektiv abortlar şəklində həyata keçirilməsi böyük günahdır: “İnsanların əksəriyyəti bu cinayətlərin fərqinə varmırlar. Bunun qarşısının alınması üçün ciddi tədbirlər həyata keçirilməlidir”.
QMİ sədri “Ailə planlaşdırılması və reproduktiv sağlamlıq haqqında” qanun layihəsi barədə də danışıb: “Bu qanunda məni narahat edən məqamlar dini və milli-mənəvi dəyərlərlə bir araya sığmayan məsələlərlə bağlı idi. Belə ki, ailə ən mühüm ictimai dəyər olmaqla yanaşı, Allahın bizə bəxş etdiyi böyük nemətlərdəndir. Ailənin sağlamlığı ilə yanaşı, onun təməlində halallığın qorunması ümdə məsələlərdəndir. Süni mayalanma məsələsi ilə bağlı birmənalı fikrimi bir neçə dəfə bildirmişəm, indi də təkrar edirəm: ailənin övladı yalnız öz qanuni, halal atasından mayalanmalıdır. Belə olan halda, övladın bu və ya digər səbəbdən təbii yolla mayalanması ərsəyə gəlməyən ailələrdə tibbin köməyindən yararlanmaq olar. Fəqət, halal atanın dölünü qadının bətninə qoymaq olar, başqa kişinin dölü haramdır. Bu, Allahın buyurduğu vacib şərtdir, əks təqdirdə, zatı bilinməyən övlad dünyaya gələr və bu haramdır. Elm və onun nailiyyətlərindən sui-istifadə etmək, dini-əxlaqi sərhədləri, mənəvi hüdudları aşmaq olmaz. Bunun çox fəsadlı nəticələri ola bilər. Allah-Təalanın insana bəxş etdiyi idrak sayəsində elm inkişaf edir və onun nəticələrindən insanların nəfinə istifadə olunması çox önəmlidir. Lakin Allah-Təala hər bir məsələdə hədd qoyub - bu da insanın mənafeyi baxımından qərar verilib. Bu həddi aşanlar xeyir görə bilməzlər. Düşünürəm ki, hörmətli millət vəkillərimiz milli kimliyimizin qorunması baxımından böyük önəm kəsb edən bu qanun layihəsinin müzakirələri və qəbulu zamanı vurğuladığım məqamları nəzərdən qaçırmayacaq və mükəmməl bir qanun qəbul etməyə müvəffəq olacaqlar”.
O, orqan transplantasiyası ilə bağlı danışarkən isə bildirib ki, ölüdən orqan nəql edildiyi kimi, yaşayandan da orqan nəql oluna bilər: “Əlbəttə, burada mühüm şərtlər mövcuddur. Ölüdən ediləcək orqan nəqlinin caiz ola bilməsi üçün xəstəyə orqan nəqlindən başqa çarə tapılmadığı barədə səlahiyyətli tibb işçilərinin qərar vermələri, xəstənin bu nəqllə sağalacağı barədə qənaət sahibi olmaları gərəkdir. Bundan əlavə, ölümündən əvvəl, qəfil ölüm deyilsə, xəstənin özünün, ölümündən sonra isə varislərinin orqanın transplantasiyasına icazə vermələri mümkündür. Habelə orqan nəqli nəyinsə müqabilində qarşılıqlı razılaşma əsasında həyata keçirilə bilər. Yaşayan insandan nəql ediləcək orqanla bağlı şərtlərə gəlincə, orqanı öz istəyi ilə hədiyyə edəcək insanın transplantasiyadan sonra sağlamlığına zərər gəlməyəcəyi barədə həkimlərin qəti fikirləri olmalıdır”.
A. Paşazadə estetik əməliyyatlar mövzusunda da danışıb və deyib ki, insan Allah-Təala tərəfindən xəlq olunduğu görkəmi dəyişməyə meyl etməməlidir: “Estetik əməliyyatla hər hansı əzanın şəklini dəyişdirmək olar. Ümumiyyətlə, bu və ya digər əzanın quruluşu insanın həyat tərzini çətinləşdirirsə, onun sağlamlığına zərər verir, cəmiyyətə qaynayıb-qarışmasına əngəl olursa, əmək qabiliyyətini məhdudlaşdırırsa və ya gözəl görünməkdən ötrü estetik cərrahiyyə əməliyyatı etmək istəyirsə, bu zaman tibb elminin imkanlarından istifadə etməklə qüsurları aradan qaldırmağa icazə var. Tibb mütəxəssisləri tərəfindən təminat verildiyi halda və həyati təhlükə yoxsa, şəriət estetik əməliyyatları qadağan etmir”.
Şeyxülislam ailə üzvlərindən iki nəfərin - qızlarının tibb sahəsinin işçisi olduğunu da bildirib.
Din
Dövlət Komitəsi: İrəvandakı Göy məsciddə baş verənlər bəşəri dəyərlərə hörmətsizlikdir
QMİ: İrəvandakı tarixi Göy məsciddə müsəlman dini mərasimi ilə bir araya sığmayan tədbirin keçirilməsi vandalizmdir
Dini konfessiyaların rəhbərləri Zəfər Tağını ziyarət ediblər
Səudiyyə Ərəbistanından Azərbaycana 46.5 ton qurban əti göndərilib - FOTO
Xəbər Lenti
ABŞ İsrail ordusuna İrana qarşı müharibəyə hazırlaşmaq barədə məlumat verib
Leyla Əliyeva COP31 çərçivəsində bir sıra görüşlər keçirib
Zelenski: Əbu-Dabidə keçirilən danışıqlarda irəliləyiş var və müharibənin sona çatması üçün ümid verib
Zelenskinin Stiv Uitkoff və Cared Kuşnerlə görüşü başa çatıb - YENİLƏNİB
Prezident “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş dəyirmi masada iştirak edib - YENİLƏNİB
UEFA Millətlər Liqasının qrup mərhələsində V tura start verilib - NƏTİCƏLƏR
İlham Əliyev Dublində Böyük Britaniyanın Baş naziri ilə görüşüb - YENİLƏNİB
İsrail Fransanın prezidentliyə namizədi Melanşona ölkəyə giriş qadağası qoyub
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib
Prezident İlham Əliyevin Litva Prezidenti Gitanas Nauseda ilə görüşü olub
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti Nikuşor Dan ilə görüşüb
İranın Sirik şəhəri hücuma məruz qalıb
Husilər Səudiyyə Ərəbistanının neft şirkətinə zərbələr endirdiklərini açıqlayıblar
Kuşner sülh danışıqlarının yeni raundunun nə vaxt keçiriləcəyini açıqlayıb
Azərbaycanla Böyük Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında Bəyannamə imzalanıb - TAM MƏTN
UEFA Millətlər Liqası: Türkiyə qrupda beşinci oyunu da uduzub
Pezeşkian: Müharibə heç kimin maraqlarına uyğun deyil
Nyu-Yorkda yaşayış binasının uçması nəticəsində ölənlərin sayı 8-ə çatıb - YENİLƏNİB
Gəncədə nəvəsinin andiçməsində itkin düşən Astara sakininin meyiti Göygöldə tapılıb
Azərbaycan Prezidenti İlham Əliyevin Dublində Çexiyanın Baş naziri ilə görüşü olub
Prezident İlham Əliyevin Yunanıstanın Baş naziri Kiriakos Miçotakis ilə görüşü olub
Britaniya Rusiyanın 10 ən iri neft şirkətinə qarşı sanksiya tətbiq edib
Medinski: Avropalılar Ukrayna ilə bağlı danışıqlara qoşulmağa çalışırlar
COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışı olub
Dublində Prezident İlham Əliyevlə Nikol Paşinyanın görüşü keçirilib - YENİLƏNİB3
Uitkoff üçtərəfli danışıqların yeni mərhələsinin anonsunu verib
Kavelaşvili: Gürcüstan-Azərbaycan münasibətləri ortaq dəyərlərə əsaslanır
Türkiyədə helikopter qəzaya uğrayıb, dörd hərbçi şəhid olub
Qordana Silyanovska-Davkova Nizami Gəncəvi irsinə xüsusi ehtiramı olduğunu bildirib
Şimali Makedoniya Prezidenti: Azərbaycan heç bir planın kənarında qala bilməz
Şimali Makedoniya Prezidenti Azərbaycanın enerji resurslarının Avropa üçün önəmli olduğunu bəyan edib
Kobaxidze və Paşinyan regional sülhü müzakirə ediblər
Hörmüzün şərqində daha iki qayda pozuntusuna yol vermiş neft tankerində yanğın olub
Bakı Media Mərkəzinin istehsalı olan “Sükut içində addımlar” filminin təqdimat mərasimi keçirilib - FOTO
Gələn il Bakıda Dünya Bankı ilə birgə qlobal konfrans keçiriləcək
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb
Fernando Muslera karyerasını bitirir
Kubanıçbek Ömüraliyev Türk İnvestisiya Fondunun prezidenti təyin olunub
BƏƏ-də zəncirvari qəza olub, 14 nəfər ölüb
Putinin Kremldə Uitkoff və Kuşnerlə danışıqları başa çatıb - YENİLƏNİB
Xocavənd sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
“Məclis.info”nun rəhbəri İmran Əliyevə və Elgiz Qəhrəmana hökm oxunub
Ukrayna ilk dəfə Baltik dənizində Rusiyanın “Kalibr” raketləri daşıyan döyüş gəmisini vurub
General Natiq Əliyevin külli miqdarda dələduzluqda ittiham olunan qızı barəsində ev dustaqlığı qərarı verilib
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - YENİLƏNİB
“Nvidia” rəhbəri Yensen Huanq istefa verib
Azərikard süni intellekt və davranış əsaslı yeni həllini təqdim edib
Vaşinqtonda Ağ Evin yaxınlığında atışma olub, azı 4 nəfər yaralanıb
FHN-də Konstitusiya Günü ilə bağlı tədbirlər keçirilib