Bank Of Baku

Qafqaz Müsəlmanları İdarəsi: Xarici ölkələrdə nümayəndəliklərimizin açılması ilə əlaqədar icra mexanizmi hazırlanacaq

Qafqaz Müsəlmanları İdarəsi: Xarici ölkələrdə nümayəndəliklərimizin açılması ilə əlaqədar icra mexanizmi hazırlanacaq
# 06 iyul 2011 14:16 (UTC +04:00)
Bu barədə APA-nın sorğusuna cavab olaraq QMİ-nin mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşova bildirib. O, konkret ölkə adı çəkməsə də, Azərbaycan prezidentinin iyulun 4-də imzaladığı fərmandan sonra müxtəlif ölkələrdə QMİ-nin nümayəndəliklərinin yaradılacağını bildirib: “İndiyə qədər Qafqaz Müsəlmanları İdarəsi adına uyğun olaraq Qafqaz məkanında bir neçə yerdə nümayəndəlik açmışdı. Bundan sonra isə azərbaycanlıların sıx yaşadığı dünyanın istənilən ölkəsində soydaşlarımızın dini tələbatının ödənilməsi məqsədilə
nümayəndəlik açıla bilər”.

R. Dadaşova prezidentin imzaladığı fərmanla əlaqədar müvafiq icra mexanizminin hazırlanacağını da bildirib.

Qeyd edək ki, prezidentin iyulun 4-də imzaladığı fərmana əsasən, Nazirlər Kabineti üç ay müddətində Azərbaycan Respublikası qanunlarının və Prezidentinin aktlarının “Dini etiqad azadlığı haqqında” qanununda dəyişikliklər edilməsi barədə” qanununa uyğunlaşdırılmasına dair təkliflərini ölkə prezidentinə təqdim etməlidir.

Fərmana əsasən, dövlət tərəfindən dini mərkəzə (idarələrə) maliyyə yardımı göstərilməsi, o cümlədən Qafqaz Müsəlmanları İdarəsinin müvafiq ölkələrdə nümayəndəliklərinin maliyyələşdirilməsi nəzərdə tutulub.

Həmçinin, xaricdə yaşayan azərbaycanlıların dini tələbatının ödənilməsi məqsədilə Qafqaz Müsəlmanları İdarəsinə müvafiq ölkələrdə nümayəndəliklərini yaratması təklif edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR