Bank Of Baku

Azərbaycanın cənub bölgəsində bir qrup din xadiminə vəsiqələr verilib

Azərbaycanın cənub bölgəsində bir qrup din xadiminə vəsiqələr verilib
# 08 iyul 2011 15:10 (UTC +04:00)
Lənkəran. Ağəddin Babayev – APA. Bu gün Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Cənub bölgəsi üzrə nümayəndəliyində attestasiyadan keçmiş bir qrup din xadiminə vəsiqələr təqdim olunub. Bu barədə APA-nın cənub bürosuna məlumat verən QMİ-nin bölgə üzrə nümayəndəsi Hacı Sədi Axundzadənin sözlərinə görə, Axund statusu alan bu din xadimləri təyin olunduqları ərazidə bütün dini ayinləri yerinə yetirmək səlahiyyətinə malikdirlər. S. Axundzadə bu günədək Cəlilabad rayonundan 20, Masallı və Lənkəran rayonlarından müvafiq olaraq 12, Astaradan 3, Lerikdən isə cəmi 1 nəfərin attestasiyadan keçdiyini, bu sıradan təkcə Yardımlı rayonundan heç bir din xadiminin imtahan verə bilmədiyini diqqətə çatdırıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR