Bank Of Baku

Yaqub Mahmudov: “Azərbaycanda islama ibadət edənləri öz dinlərindən döndərmə təbliğatı aparılır”

Yaqub Mahmudov: “Azərbaycanda islama ibadət edənləri öz dinlərindən döndərmə təbliğatı aparılır”
# 13 iyul 2011 12:25 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. “Azərbaycanda islam dininə ibadət edənləri, islamı özünə iman seçənləri öz dinlərindən döndərmə təbliğatı aparılır. Bu, əslində dövlətin əleyhinə çevrilmiş bir təbliğatdır və Azərbaycan dövlətinin əsaslarına zərbə vurur”. APA-nın xəbərinə görə, bunu Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Tarix İnstitutunun direktoru Yaqub Mahmudov deyib. O, qeyd etdiyi təbliğata qarşı maarifləndirici mübarizə aparılmasının vacibliyini bildirib: “Xalq islamı sevməlidir. İslamın bərabərlik prinsipi bu məsələdə nəzərə alınmalıdır. Çox arzu edirəm ki, bizim məscidlərimiz bütün bu prinsiplərlə bağlı maarifçilik məkanına çevrilsin. Maarifçilik baxımından cümə namazlarının rolu artırılmalıdır”.

Y. Mahmudovun sözlərinə görə, bir sıra xarici ölkələr din adından istifadə edərək Azərbaycanın daxili işlərinə müdaxilə edirlər: “Bu isə məni çox narahat edir. Biz kürək-kürəyə verib bunun qarşısını almalıyıq. Hansı ölkə olur-olsun, biz bunun qarşısını almalıyıq. Biz dini cəhətdən də müstəqilik”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR