Bank Of Baku

Azərbaycan MTN-in əməkdaşı: “Vəhhabi təlimində “dinsizlik” konsepsiyası mühüm yer tutur”

Azərbaycan MTN-in əməkdaşı: “Vəhhabi təlimində “dinsizlik” konsepsiyası mühüm yer tutur”
# 19 iyul 2011 12:20 (UTC +04:00)
APA-nın məlumatına görə, bunu Azərbaycan Milli Təhlükəsizliyik Nazirliyinin (MTN) əməkdaşı Elman Qurbanov deyib. O buna misal çəkərək bildirib ki, vəhhabi təlimində “dinsizlik” konsepsiyası mühüm yer tutur: ““Dinsiz” dedikdə, vəhhabilər əsasən yəhudi və xristianları nəzərdə tuturlar. Lakin yəhudi və xristianların “dinsiz”liyini əsaslandıran vəhhabi mətnlərinin heç birində Quranın bu ayəsi nəzərə alınmır: “İman gətirənlərdən, musəvi (yəhudi), isəvi (xristian) və sabiilərdən Allaha axirət gününə (sədaqətlə) inananların və yaxşı iş görənlərin mükafatları Rəbbin yadındadır. (Qiyamət) günündə onların heç bir qorxusu yoxdur və onlar qəmgin olmazlar”. Eləcə də vəhhibi ideologiyasında sistemləşməni təşkil edən əsaslardan biri hesab olunan cihad da yalnız silahlı mübarizə şəklində şərh edilir. Burada da Quran və Sünnəyə istinad edilmir”.

E. Qurbanovun sözlərinə görə, hətta şərti olaraq terrorçuların həqiqətən İslam uğrunda mübarizə apardıqları qəbul oluna bilər: “Lakin bu halda belə şəriət qaydalarını birinci elə onların özləri pozurlar. Çünki bir çox müsəlman ilahiyyatçı və hüquqşünaslarının şərhlərinə görə, qanuni müharibə aparıldıqda belə, qadın və uşaqları, qoca və ruhaniləri, sənətkar və əkinçiləri öldürmək qadağandır”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR