Bank Of Baku

Allahşükür Paşazadə Türkiyə Böyük Millət Məclisinin sədri Cəmil Çiçəklə görüşüb

Allahşükür Paşazadə Türkiyə Böyük Millət Məclisinin sədri Cəmil Çiçəklə görüşüb
# 20 iyul 2011 07:55 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA. Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Cəmil Çiçək Ankarada səfərdə olan Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadənin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. APA-nın TBMM-in saytına istinadən verdiyi məlumata görə, görüşdə Türkiyənin diyanət işləri başkanı Mehmet Görməz də iştirak edib. Görüş mətbuatın iştirakı olmadan keçib.

Nümayəndə heyətinin tərkibində Azərbaycan parlamentinin deputatları Fəttah Heydərov, Hüseynbala Mirələmov və Cavanşir Paşazadə də təmsil olunub.

A. Paşazadənin başçılıq etdiyi nümayəndə heyəti həmçinin Türkiyə diyanət işləri başkanı Mehmet Görməz tərəfindən də qəbul edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR