Bank Of Baku

Qafqaz Müsəlmanları İdarəsində Ramazan ayının başlanması ilə bağlı mərasim keçirilib

Qafqaz Müsəlmanları İdarəsində Ramazan ayının başlanması ilə bağlı mərasim keçirilib
# 28 iyul 2011 08:44 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Bu gün Qafqaz Müsəlmanları İdarəsində (QMİ) Ramazan ayının - Orucluğun başlanması ilə bağlı mərasim keçirilib. APA-nın məlumatına görə, mərasimdə “Qurani-Kərim”dən surə oxunub və şəhidlərin ruhuna dualar səslənib. Tədbirdə çıxış edən Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadə Orucluğun müsəlmanlar üçün imtahan olduğunu deyib. O, sovet dövründə Azərbaycan müsəlmanlarının keçdiyi çətin yola da diqqəti yönəldib.

Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucov, QMİ-nin sədr müavini, akademik Vasim Məmmədliyev çıxış ediblər.

Qeyd edək ki, mərasimdə QMİ Qazilər Şurası Ramazan ayının başlanması ilə bağlı fətva verib. Fətvada bildirilir ki, Orucluq ibadətin başlandığı, mübarək Ramazan ayının ilk günü bu il Miladi təqvimlə avqustun 1-nə təsadüf edir. İyulun 31-i Orucluğun niyyət gecəsidir. Şəvval ayı hilalının görünməsindən asılı olaraq, Ramazan – Fitr bayramı Hicri təqvimi ilə Ramazan ayının 29-na və ya 30-na – Miladi təqvimi ilə avqustun 30-na və ya 31-nə düşür.

Tədbirdə Ramazan təqvimi də açıqlanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR