Bank Of Baku

Allahşükür Paşazadə: “Avropada mühit görün hansı həddə çatıb ki, Norveçdə baş verən terror aktında da İslamafobiya axtarırlar”

Allahşükür Paşazadə: “Avropada mühit görün hansı həddə çatıb ki, Norveçdə baş verən terror aktında da İslamafobiya axtarırlar”
# 28 iyul 2011 08:53 (UTC +04:00)
APA-nın məlumatına görə, bu sözləri Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə Norveçdə törədilən terror haqqında danışarkən deyib.

Şeyxin sözlərinə görə, Avropada “Quran”ın yandırılması ilə müşayiət olunan proses onu göstərir ki, inkişaf etmiş xalqlarda mənəvi cəhətdən çatışmazlıqlar var.

Qeyd edək ki, Norveç vətəndaşı olan xristian Anders Breyvikin ardıcıl törətdiyi iki terror aktında son məlumatlara görə, 76 nəfər həlak olub, xeyli insan yaralanıb.

A. Paşazadə PKK terror təşkilatının fəaliyyətini də pisləyib, ona qarşı mübarizədə Azərbaycanın Türkiyənin yanında olduğunu söyləyib: “Azərbaycan terrordan əziyyət çəkir, terrorun nə olduğunu yaxşı bilir. Ermənistanın azərbaycanlıların qəbirlərini, abidələrini dağıtması da terrordur”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR