Bank Of Baku

Qafqaz Müsəlmanları İdarəsinin Nizamnaməsinə əlavə və dəyişikliklər ediləcək

Qafqaz Müsəlmanları İdarəsinin Nizamnaməsinə əlavə və dəyişikliklər ediləcək
# 28 iyul 2011 10:22 (UTC +04:00)
Bu problem yalnız Azərbaycanda deyil, bütün İslam dünyasında müşahidə olunur. Əsas problem bayramın təqvimi ilə bağlıdır. Bəzi məscidlər Qafqaz Müsəlmanları İdarəsinin təqvimi, bəziləri isə digər təqvimlərlə bayramı keçirir. Bu isə məscidlərdə azanın verilməsində vaxt fərqi yaradır. Bu hal Azərbaycanın bəzi bölgələrində müşayiət olunur. Bəzi məscidlərdə azan bir, qonşu məsciddə isə başqa vaxtda verilir, bu isə insanlar arasında çaşqınlıq yaradır”. APA-nın məlumatına görə, bunu Dini Qurumların İşləri üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucov Qafqaz Müsəlmanları İdarəsində Ramazan ayının başlanmasına həsr olunmuş tədbirdəki çıxışında deyib.

H. Orucov digər problem kimi, bəzi şiə məscidlərində sünnilərə “Təvvərrük” namazının qılınmasına, sünni məscidlərində isə Məhərrəmlik ayının qeyd olunmasına imkan verilmədiyini qeyd edib: “Bu düzgün deyil. Ramazan ayı qardaşlıq və vəhdət ayıdır. Belə şeylər yolverilməzdir”.

Dövlət Komitəsinin sədri indiyə kimi 520 İslam dini icmasının qeydiyyatdan keçdiyini də qeyd edib: “Bunlara qeydiyyat vərəqəsi təqdim olunub və nizamnamələri təsdiq olunub”.

H. Orucov deyib ki, QMİ-nın Nizamnaməsinə əlavə və dəyişiklik edilməsinə ehtiyac var: ““Dini etiqad azadlığı haqqında” qanuna əlavə və dəyişikliklər edilib. Bu dəyişikliklərdən sonra Qafqaz Müsəlmanları İdarəsinin Nizamnaməsi qanunla köklü ziddiyyət təşkil etməsə də, Nizamnamədə bəzi dəyişikliklər labüddür. Yaxın vaxtlarda bunlar ediləcək. Əlavə və dəyişiklərdən sonra qanunda İslam təmayüllü icmaların Qafqaz Müsəlmanları İdarəsinə tabeçilik məsələsi aydın göstərilib. Yəni, bu quruma yeni səlahiyyətlər verilib. Bir problem qalır. Bu da ondan ibarətdir ki, komitə bir müddət öncə icmaların qeydiyyatını dayandırıb. Biz qanuna dəyişikliklərin ediləcəyini bilirdik, qeydiyyat prosesi də ona görə dayandırılmışdı. Artıq qeydiyyatdan keçməyən 219 dini icmanın məsələsinə idarənin təqdimatı ilə komitədə baxılır”.

H. Orucov bildirib ki, hazırkı məqamda icmaların qeydiyyatı məsələsi ilə bağlı məsləhətləşmələr həmin qurumlar tərəfindən QMİ-nin hüquq şöbəsi ilə aparılacaq: “Bir məqamı da diqqətə çatdırmaq istərdim ki, yeni qanunda icma təsisçilərinin sayı 10 nəfərdən 50-yə qaldırılıb”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR