Bank Of Baku

Moskva və bütün Rusiyanın patriarxı Kirill xəstəxanaya yerləşdirilib

Moskva və bütün Rusiyanın patriarxı Kirill xəstəxanaya yerləşdirilib
# 06 avqust 2011 10:13 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Moskva və bütün Rusiyanın patriarxı Kirill xəstəxanaya yerləşdirilib.

APA-nın Rusiya KİV-nə istinadən verdiyi məlumata görə, patriarx Krill hazırda Moskvanın Mərkəzi Klinik Xəstəxanasında müayinə edilir. Patriarxın mətbuat xidmətinin rəhbəri Vladimir Viqilyanski bildirib ki, patriarxda yoluxucu xəstəlik aşkarlanıb. Lakin hazırda onun vəziyyəti yaxşıdır: “Həkimlər patriarxın vəziyyətini qənaətbəxş hesab edirlər”.

Məlumatda o da qeyd olunub ki, patriarx Krill bir müddət öncə Ukraynaya səfəri zamanı yoluxucu xəstəliyə tutulub. Bu səbəbdən də patriarx Rusiyanın Kronştadt adasına və Diveevo kilsəsinə nəzərdə tutulan səfərlərini təxirə salmalı olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR