Bank Of Baku

Allahşükür Paşazadə Çeçenistanda səfərdədir

Allahşükür Paşazadə Çeçenistanda səfərdədir
# 23 avqust 2011 10:45 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, şeyxülislam Allahşükür Paşazadə Rusiya Federasiyasının Çeçenistan Respublikasının paytaxtı Qroznı şəhərində səfərdədir. Bu barədə APA-ya QMİ-nin mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşova məlumat verib.

Çeçenistan Respublikası Ruhani İdarəsinin dəvəti əsasında gerçəkləşən səfərdə məqsəd Qroznıda “Sufizmin islamda yeri və rolu” mövzusunda keçirilən beynəlxalq konfransda iştirak etməkdir. Tədbir Çeçenistan Respublikasının ilk prezidenti Əhməd Kadırovun 60 illik yubileyinə həsr olunub.

Səfər çərçivəsində Ə. Kadırovun məzarını ziyarət edən A. Paşazadə beynəlxalq konfransda məruzə ilə çıxış edəcək.

A. Paşazadə avqustun 24-də Azərbaycana qayıdacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR