Bank Of Baku

Marneulidə Azərbaycan səfirliyinin təşəbbüsü ilə iftar məclisi təşkil edilib

Marneulidə Azərbaycan səfirliyinin təşəbbüsü ilə iftar məclisi təşkil edilib
# 24 avqust 2011 19:26 (UTC +04:00)
Marneuli. Nizami Məmmədzadə-APA. Azərbaycanın Gürcüstandakı səfirliyinin təşəbbüsü və təşkilatçılığı, Marneulinin İlməzli kənd sakinlərinin maliyyə dəstəyi ilə Ramazan bayramı münasibətilə iftar məclisi təşkil edilib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, gələcəkdə məscid inşa ediləcək sahədə açıq hava altında təşkil edilən süfrə arxasında çoxsaylı qonaqlar iştirak edib. Tədbirə Türkiyədən gələn qonaqlar, digər ölkələrin diplomatik korpus nümayəndələri, Azərbaycan səfirliyinin əməkdaşları, Gürcüstanın azərbaycanlılar yaşayan bölgələrindən, o cümlədən Qaraçöpdən, Tiflisdən, Qardabanidən, Marneulinin yaxın kəndlərindən dindarlar, ziyalılar qatılıb. İftar məclisində din xadimləri Qurandan ayələr oxuyub, dualar səsləndirib, Ramazan bayramının müsəlmanlara bəxş etdiyi təamlardan dadıblar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR