Bank Of Baku

ABŞ-ın Bakıdakı səfirliyində iftar mərasimi keçirilib

ABŞ-ın Bakıdakı səfirliyində iftar mərasimi keçirilib
# 26 avqust 2011 17:48 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva-APA. Bu gün ABŞ-ın Azərbaycandakı səfirliyinin iqamətgahında iftar mərasimi təşkil edilib. APA-nın məlumatına görə, mərasimdə çıxış edən ABŞ-ın Azərbaycandakı səfiri Metyu Brayza bildirib: «Mən bu müqəddəs qədr gecəsi günündə iftar süfrəsinin sahibi olmağımdan şərəf duyuram. Qurani-Kərimdə bildirilir ki, bu gecə başqa çoxsaylı gecələrdən çox daha önəmlidir. Çünki bu gecə mələklər yerə enir. Qədr gecəsi mənim və ailəm üçün önəmli gecələrdən biridir».

İftar mərasimində Azərbaycandakı bütün dini konfessiyaların başçıları və nümayəndələri, Azərbaycanda akkreditə olunmuş bəzi diplomatik korpusların rəhbərləri, ABŞ səfirliyinin əməkdaşları iştirak ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR