Bank Of Baku

Hidayət Orucov: “Azərbaycan dünyaya yalnız neft deyil, milli-dini tolerantlığı da ixrac edə bilər”

Hidayət Orucov: “Azərbaycan dünyaya yalnız neft deyil, milli-dini tolerantlığı da ixrac edə bilər”
# 05 sentyabr 2011 12:12 (UTC +04:00)
Bakı – APA. Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucov Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Hüquq məsələləri və insan hüquqları komitəsinin sədri Kristos Pirquridesi qəbul edib. Komitədən APA-ya verilən məlumata görə, H. Orucov bildirib ki, Azərbaycanda vətəndaşların dini etiqad azadlığı, insanların inanclarına hörmət və dövlət qayğısı onun sosial siyasət konsepsiyasında əsas yerlərdən birini tutur. Ölkədə həmişə bütün dinlərə və onların mənsublarına hörmətlə yanaşılıb, dindarların öz ibadətlərini layiqincə yerinə yetirmələri üçün hər cür şərait yaradılıb: “Beynəlxalq aləmdə belə bir Azərbaycan gerçəkliyi təsdiqlənib ki, ölkəmiz dünyaya yalnız neft deyil, milli-dini tolerantlığı da ixrac edə bilər”.

K. Pirqurides səmimi qəbul üçün dövlət komitəsinin sədrinə minnətdarlığını ifadə edərək deyib ki, Azərbaycanda milli-dini dözümlülük mühiti Avropa ictimaiyyəti tərəfindən qəbul olunmuş faktdır. Ermənistanın işğalçı mövqeyinin ən ağır ittihamçılarından olduğunu diqqətə çatdırtan qonaq, düşmən qoşunlarının Azərbaycan torpaqlarından çıxarılmasında təkid etdiyini vurğulayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR