Bank Of Baku

Şeyxülislam Hacı Allahşükür Paşazadə Rusiya Federal Məclisinin Federal Şurasının sədr müavini İlyas Umaxanovla görüşüb

Şeyxülislam Hacı Allahşükür Paşazadə Rusiya Federal Məclisinin Federal Şurasının sədr müavini İlyas Umaxanovla görüşüb
# 08 sentyabr 2011 15:53 (UTC +04:00)
Bakı. Pərvin Abbasov-APA. Bu gün Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə Bakıda səfərdə olan Rusiya Federal Məclisinin Federal Şurasının sədr müavini İlyas Umaxanovla görüşüb. APA-nın məlumatına görə, QMİ sədri qonaqdan Rusiya və Dağıstan prezidentlərinə, həmçinin Rusiya Müsəlmanları Mərkəzi Ruhani İdarəsinin baş müftisinə salamlarını çatdırmağı xahiş edib.

Rusiya Federal Məclisinin Federal Şurasının sədr müavini İlyas Umaxanov onlara göstərilən xoş münasibətə görə dərin minnətdarlığını bildirib. O, Azərbaycan prezidenti tərəfindən də qəbul olunduğunu, Milli Məclisinin üzvləri ilə görüşdüklərini deyib.

A. Paşazadə terrorçuluq və ekstremizmlə daim mübarizə aparılmalı olduğunu ad vurğulayıb: “Qafqazda sabitliyə nail olmaq bizim əsas vəzifəmizdir”.

Görüşdə iki ölkə arasındakı münasibətlər müzakirə olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR