Bank Of Baku

Məhkəmə “Yəhova şahidləri” dini icmasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə qarşı iddiasını təmin edib

Məhkəmə “Yəhova şahidləri” dini icmasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə qarşı iddiasını təmin edib
# 16 sentyabr 2011 10:51 (UTC +04:00)
APA-nın xəbərinə görə, dini icma xaricdən Azərbaycana 1500 nüsxə dini ədəbiyyat və Azərbaycanda yayılması qadağan olunan “Gözətçi qülləsi” adlı jurnalı gətirmək üçün komitəyə müraciət edib. Komitə isə yalnız 300 nüsxə dini ədəbiyyatın gətirilməsinə icazə verib. “Gözətçi qülləsi” jurnalının isə gətirilməsinə qadağa qoyub. Buna görə “Yəhova şahidləri” dini icması dini ədəbiyyatların və “Gözətçi qülləsi” jurnalının Azərbaycana gətirilməsinin təmin olunması, həmçinin 1000 manat maddi, 800 manat mənəvi zərərin Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən ödənilməsi barədə iddia ilə məhkəməyə müraciət edib.

Məhkəmə icmaya dini ədəbiyyatların, həmçinin adı çəkilən jurnalın Azərbaycana gətirilməsinə icazə verilməsi barədə qərar çıxarıb.

Maddi-və mənəvi zərərin ödənilməsi barədə olan iddia isə təmin olunmayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR