Bank Of Baku

Mirəziz Seyidzadə: “Qəbir yerlərinin satışını ruhanilər deyil, bu iş ilə məşğul olan xüsusi adamlar həyata keçirirlər”

Mirəziz Seyidzadə: “Qəbir yerlərinin satışını ruhanilər deyil, bu iş ilə məşğul olan xüsusi adamlar həyata keçirirlər”
# 20 sentyabr 2011 11:09 (UTC +04:00)
Bakı. Azər Mustafayev – APA. “Qəbiristanlıqlarda qəbir yerlərinin satışını ruhanilər deyil, bu iş ilə məşğul olan xüsusi adamlar həyata keçirirlər”. APA-nın məlumatına görə, bu sözləri Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) şöbə müdiri Hacı Mirəziz Seyidzadə “Bakı Xəbər” qəzetinin “İslamda yas mərasimləri və əyintiləri” mövzusunda yazı müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimində deyib. M. Seyidzadə bildirib ki, qəbiristanlıqlarda boş qalan hektarlarla torpaq sahələri daş hasara alınaraq hissə-hissə satılır: “Torpaq satışını biz yox, həmin insanlar həyata keçirir. Biz bütün bu neqativ proseslərə qarşı mübarizə aparırıq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR