Bank Of Baku

QMİ-də ABŞ-ın Kaliforniya Senatının komitə sədrinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib

QMİ-də ABŞ-ın Kaliforniya Senatının komitə sədrinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib
# 27 sentyabr 2011 14:56 (UTC +04:00)
Bakı. Pərvin Abbasov - APA. “Azərbaycan tolerant ölkədir, burada bütün dinlərin nümayəndələrinə eyni cür münasibət göstərilir”. APA-nın xəbərinə görə, bunu Qafqaz Müsəlmanları Ruhani İdarəsinin (QMİ) sədri, Şeyxülislam Allahşükür Paşazadə ABŞ-ın Kaliforniya Senatının ətraf mühitin keyfiyyəti üzrə komitəsinin sədri senator Cozef Simitianın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdə bildirib. O, Azərbaycanda xalqların müxtəlif din nümayəndələrinin birgəyaşayış mühitinin yüksək olduğunu vurğulayıb: “Din və dövlət məsələlərində ciddi problemlərimiz yoxdur. Xırda problemlər hər sahədə olur, bunu da həll edirik”.

ABŞ-ın Kaliforniya Senatının ətraf mühitin keyfiyyəti üzrə komitəsinin sədri senator Cozef Simitian qonaqpərvərliyə görə təşəkkür edərək rəhbərlik etdiyi nümayəndə heyətinin üzvləri barədə məlumat verib. O, Bakıya səfərinin maraqlı keçdiyini deyərək Şeyxülislamdan Azərbaycan kimi dünyəvi dövlətdə müxtəlif dinlərin nümayəndələrinin birgə yaşayışının hansı üsulla eyni dərəcədə təmin edildiyini soruşub: “Axı bu, dünyanın bir çox ölkələrində çətin və ya mümkünsüzdür”.

A. Paşazadə isə bunun heç də çətin olmadığını bildirib: “Azərbaycanın dövlət başçısı bütün dinlərə eyni münasibət göstərir”.

Daha sonra görüş jurnalistlərin iştirakı olmadan davam etdirilib.

Qeyd edək ki, görüşdə ABŞ-ın Azərbaycandakı səfiri Metyu Brayza, Azərbaycanda fəaliyyət göstərən dini icmaların rəhbərləri, o cümlədən Dağ Yəhudiləri Dini İcmasının rəhbəri Semyon İxiilov, Bakı və Xəzəryanı Yepiskopu Aleksandr Ata da iştirak edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR