Bank Of Baku

Moskva Dövlət Linqvistika Universitetinin prorektoru Viktor Yeqorov: “Terrorçuluq anlayışı ilə islam dini arasında bağlılıq aparmaq yolverilməzdir”

Moskva Dövlət Linqvistika Universitetinin prorektoru Viktor Yeqorov: “Terrorçuluq anlayışı ilə islam dini arasında bağlılıq aparmaq yolverilməzdir”
# 29 sentyabr 2011 12:31 (UTC +04:00)
“İslam - sülhsevər və insanlarda ləyaqət hissi formalaşdıran dindir. Terrorçuluq anlayışını islam dini ilə eyniləşdirmək dini hörmətdən salmaq cəhdidir. Gənclərdə dinə düzgün münasibət formalaşdırmaq lazımdır. Bununla əlaqədar Moskva Dövlət Linqvistika Universitetində islam dininin əsasları kursu keçməyi planlaşdırırıq”.

Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavini Sabir Həsənli bildirib ki, islam dinini düzgün anlamaq yolu maariflənmədən keçir: “Norveçdə terror aktı törədildi, lakin islamın düşmənləri, dinimizi sevməyənlər dərhal terror aktını hansısa islamçının törətdiyinə dair məlumat yaydılar. Yəni, narahatlıq doğuran məqamlar var, bunda yalnız dini maariflənmə yolu ilə qaçmaq olar”.

Terrorizmin törətdiyi təhlükələrdən danışan Sabir Həsənli bildirib ki, bu problem bütün ölkələr üçün xarakterikdir: “Bu kimi problemlərlə ABŞ, Norveç kimi inkişaf etmiş ölkələr də üzləşirlər. Azərbaycan son 10 ildə terrorizmə qarşı mübarizə işində çox şeyə nail olub”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR