Bank Of Baku

Hidayət Orucov: “Azərbaycan dini ekstremizm, dözümsüzlük ideyalarının təbliğinin qarşısını qətiyyətlə alır və bundan sonra da alacaq”

Hidayət Orucov: “Azərbaycan dini ekstremizm, dözümsüzlük ideyalarının təbliğinin qarşısını qətiyyətlə alır və bundan sonra da alacaq”
# 29 sentyabr 2011 14:37 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva - APA. “Azərbaycan hökuməti vətəndaşların əqidə seçiminə hörmətlə yanaşmaqla bərabər dini ekstremizm, dözümsüzlük ideyalarının təbliğinin qarşısını qətiyyətlə alır və bundan sonra da alacaq”. APA-nın məlumatına görə, bu sözləri Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucov “Qafqazda ekstremizm ideologiyasının qarşısının alınması” mövzusunda keçirilən elmi-praktik konfransda çıxış edərkən deyib. O bildirib ki, hazırda Azərbaycan bölgədə dinlərin bir-biri ilə mehriban yaşadığı unikal məkandır: “Qafqazda sülhün yaranması və qorunması istiqamətində fəaliyyətini qətiyyətlə davam etdirən Azərbaycanda mövcud dinlər, eləcə də islam məzhəb və təriqətləri arasında münasibətlər yüksək səviyyədədir”.

H. Orucov qeyd edib ki, Azərbaycan nadir dövlətlərdəndir ki, indiyədək daxildə din zəminində hər hansı münaqişə baş verməyib: “Bu gün Azərbaycanda müxtəlif dinlərin, məzhəb və təriqətlərin mənsubları qarşılıqlı hörmət və dostluq şəraitində fəaliyyət göstərir, dini ayin və mərasimlərini sərbəst yerinə yetirirlər”.

H. Orucov xatırladıb ki, Ermənistanın təcavüzkarlıq siyasətini davam etdirməsi nəticəsində Azərbaycan ərazilərinin 20 faizi işğal altında qalır: “Nəticədə bir milyon soydaşımızın məcburi köçkün həyatı yaşaması təkcə Azərbaycanda deyil, bütün regionda sülh və sabitliyin bərqərar olmasına, eləcə də tolerantlıq ənənələrinin möhkəmlənməsinə ciddi problemlər yaradır. Ona görə də bu məsələ təkcə Azərbaycanı yox, beynəlxalq təşkilatları, inkişaf etmiş demokratik dövlətləri, dünya ictimaiyyətini, xüsusilə də Qafqaz xalqlarını yaxından düşündürməlidir”.
.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR