Azərbaycan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi: ABŞ Dövlət Departamentinin hesabatı reallığı əks etdirmir
Komitədən bildirilib ki, ölkədə dini qurumların yenidən və ilkin dövlət qeydiyyatından keçmə prosesi davam edir: “Hicabla bağlı qeydlərə cavab olaraq bildiririk ki, bütün demokratik dünyəvi dövlətlərdə olduğu kimi, Azərbaycanda da vahid məktəbli formasının tətbiqi vicdan azadlığının pozulması kimi qələmə verilə bilməz. “Dini etiqad azadlığı üzərində tətbiq edilən məhdudiyyətlər” bölməsində göstərilən “Yehovanın şahidləri”, “7-ci günün adventistləri”, Baptistlər, “Nehemiya” dini icmaları yenidən dövlət qeydiyyatına alınmasalar da, müxtəlif vaxtlarda dövlət qeydiyyatından keçiblər və şəhadətnamələri hüquqi qüvvəsini saxlayır. Yenidən qeydiyyatdan keçməmələri həmin dini icmaların ləğvi üçün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə məhkəməyə müraciət etmək hüququ versə də, hələlik bu hüquqdan istifadə edilməyib. Metro stansiyalarında dini ədəbiyyatın satışına məhdudiyyətlər qoyulmasına dair qeydlərə gəlincə, xatırladırıq ki, “Dini etiqad azadlığı haqqında” qanununun 22-ci maddəsinin 3-cü hissəsinə əsasən, dini təyinatlı ədəbiyyatın, əşyaların və dini məzmunlu başqa məlumat materiallarının satışı yalnız ixtisaslaşdırılmış satış məntəqələri vasitəsilə həyata keçirilməlidir. Satış məntəqələrinin yaradılması müvafiq təlimatla tənzimlənir. Bu tədbir vətəndaşlar arasında dini mənsubiyyətinə görə nifaq salan radikal ədəbiyyatın və zərərli təbliğat vasitələrinin yayılmasının qarşısını daha effektiv almaq üçün həyata keçirilir”.
Dövlət Komitəsi bildirib ki, zərərli dini ədəbiyyatın, yəni dinlərarası münasibətlərdə qarşıdurma yaradan, dini ekstremizmi və qeyri-humanist ideyaları, digər dinlərə qarşı dözümsüzlüyü təbliğ edən, eləcə də dini durumu gərginləşdirməyə xidmət göstərən dini ədəbiyyatın ölkəyə idxal edilməsi və yayılmasının qarşısı alınır: “Dini ədəbiyyatın ekspertizası və idxalı ilə bağlı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin fəaliyyətindən narazılıq edən yeganə dini qurum “Yehovanın şahidləri” dini icmasıdır. Halbuki, Dövlət Komitəsi yalnız bu ilin doqquz ayı ərzində adıçəkilən dini icmanın 136 adda dini ədəbiyyatı ölkəyə idxalına və çapına icazə verib. Bu sahədə Dövlət Komitəsinin başqa heç bir dini qurumla problemi yoxdur”, - deyə məlumatda bildirilib.
Komitə “Yehovanın şahidləri” ilə bağlı Qax rayonunda keçirilmiş tədbirlərin də qanuna uyğun olduğunu vurğulayıb: “Belə ki, qanunun 12-ci maddəsinə əsasən, dini qurum yalnız öz hüquqi ünvanında fəaliyyət göstərə bilər. Ümumiyyətlə, təhlillər təəssüf hissi ilə deməyə əsas verir ki, bir çox hallarda Hesabatda kifayət qədər dəqiqləşdirilməmiş məlumatlar yer alıb. Departamentin əvvəlki hesabatlarını da nəzərə alaraq, qeyd etmək lazımdır ki, bəzən faktlar kifayət qədər etibarlı olmayan mənbələrdən alınır, dəqiqləşdirilmir və müvafiq qaydada yoxlanılmadan sənədə daxil edilir. Hesabatın bəzi hissələrində Azərbaycanda dini durumun obyektiv, real təhlilinə əsla yer verilməyib: ümumi sözlər və qiymətləndirmələr yer almış, kifayət qədər əsaslandırılmamış fikir və məlumatlar ötən illərin hesabatlarından götürülüb”.
Dövlət Komitəsi təəssüflə bəyan edib ki, hesabat, ümumiyyətlə, ölkədəki real vəziyyəti əks etdirmir və səthi xarakter daşıyır.
Din
Dövlət Komitəsi: İrəvandakı Göy məsciddə baş verənlər bəşəri dəyərlərə hörmətsizlikdir
QMİ: İrəvandakı tarixi Göy məsciddə müsəlman dini mərasimi ilə bir araya sığmayan tədbirin keçirilməsi vandalizmdir
Dini konfessiyaların rəhbərləri Zəfər Tağını ziyarət ediblər
Səudiyyə Ərəbistanından Azərbaycana 46.5 ton qurban əti göndərilib - FOTO
Xəbər Lenti
ABŞ İsrail ordusuna İrana qarşı müharibəyə hazırlaşmaq barədə məlumat verib
Leyla Əliyeva COP31 çərçivəsində bir sıra görüşlər keçirib
Zelenski: Əbu-Dabidə keçirilən danışıqlarda irəliləyiş var və müharibənin sona çatması üçün ümid verib
Zelenskinin Stiv Uitkoff və Cared Kuşnerlə görüşü başa çatıb - YENİLƏNİB
Prezident “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş dəyirmi masada iştirak edib - YENİLƏNİB
UEFA Millətlər Liqasının qrup mərhələsində V tura start verilib - NƏTİCƏLƏR
İlham Əliyev Dublində Böyük Britaniyanın Baş naziri ilə görüşüb - YENİLƏNİB
İsrail Fransanın prezidentliyə namizədi Melanşona ölkəyə giriş qadağası qoyub
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib
Prezident İlham Əliyevin Litva Prezidenti Gitanas Nauseda ilə görüşü olub
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti Nikuşor Dan ilə görüşüb
İranın Sirik şəhəri hücuma məruz qalıb
Husilər Səudiyyə Ərəbistanının neft şirkətinə zərbələr endirdiklərini açıqlayıblar
Kuşner sülh danışıqlarının yeni raundunun nə vaxt keçiriləcəyini açıqlayıb
Azərbaycanla Böyük Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında Bəyannamə imzalanıb - TAM MƏTN
UEFA Millətlər Liqası: Türkiyə qrupda beşinci oyunu da uduzub
Pezeşkian: Müharibə heç kimin maraqlarına uyğun deyil
Nyu-Yorkda yaşayış binasının uçması nəticəsində ölənlərin sayı 8-ə çatıb - YENİLƏNİB
Gəncədə nəvəsinin andiçməsində itkin düşən Astara sakininin meyiti Göygöldə tapılıb
Azərbaycan Prezidenti İlham Əliyevin Dublində Çexiyanın Baş naziri ilə görüşü olub
Prezident İlham Əliyevin Yunanıstanın Baş naziri Kiriakos Miçotakis ilə görüşü olub
Britaniya Rusiyanın 10 ən iri neft şirkətinə qarşı sanksiya tətbiq edib
Medinski: Avropalılar Ukrayna ilə bağlı danışıqlara qoşulmağa çalışırlar
COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışı olub
Dublində Prezident İlham Əliyevlə Nikol Paşinyanın görüşü keçirilib - YENİLƏNİB3
Uitkoff üçtərəfli danışıqların yeni mərhələsinin anonsunu verib
Kavelaşvili: Gürcüstan-Azərbaycan münasibətləri ortaq dəyərlərə əsaslanır
Türkiyədə helikopter qəzaya uğrayıb, dörd hərbçi şəhid olub
Qordana Silyanovska-Davkova Nizami Gəncəvi irsinə xüsusi ehtiramı olduğunu bildirib
Şimali Makedoniya Prezidenti: Azərbaycan heç bir planın kənarında qala bilməz
Şimali Makedoniya Prezidenti Azərbaycanın enerji resurslarının Avropa üçün önəmli olduğunu bəyan edib
Kobaxidze və Paşinyan regional sülhü müzakirə ediblər
Hörmüzün şərqində daha iki qayda pozuntusuna yol vermiş neft tankerində yanğın olub
Bakı Media Mərkəzinin istehsalı olan “Sükut içində addımlar” filminin təqdimat mərasimi keçirilib - FOTO
Gələn il Bakıda Dünya Bankı ilə birgə qlobal konfrans keçiriləcək
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb
Fernando Muslera karyerasını bitirir
Kubanıçbek Ömüraliyev Türk İnvestisiya Fondunun prezidenti təyin olunub
BƏƏ-də zəncirvari qəza olub, 14 nəfər ölüb
Putinin Kremldə Uitkoff və Kuşnerlə danışıqları başa çatıb - YENİLƏNİB
Xocavənd sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
“Məclis.info”nun rəhbəri İmran Əliyevə və Elgiz Qəhrəmana hökm oxunub
Ukrayna ilk dəfə Baltik dənizində Rusiyanın “Kalibr” raketləri daşıyan döyüş gəmisini vurub
General Natiq Əliyevin külli miqdarda dələduzluqda ittiham olunan qızı barəsində ev dustaqlığı qərarı verilib
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - YENİLƏNİB
“Nvidia” rəhbəri Yensen Huanq istefa verib
Azərikard süni intellekt və davranış əsaslı yeni həllini təqdim edib
Vaşinqtonda Ağ Evin yaxınlığında atışma olub, azı 4 nəfər yaralanıb
FHN-də Konstitusiya Günü ilə bağlı tədbirlər keçirilib