Bank Of Baku

«Hizbullah»: Misirdəki qarşıdurma ABŞ-ın planının bir hissəsidir

«Hizbullah»: Misirdəki qarşıdurma ABŞ-ın planının bir hissəsidir
# 10 oktyabr 2011 21:07 (UTC +04:00)
Bakı-APA. Misirdə dini zəmində baş verən qarşıdurma Yaxın Şərqin parçalanması üzrə ABŞ planının bir hissəsidir. Livanın «Hizbullah» dini qruplaşması belə bir bəyanatla çıxış edib.

«Misirdə baş verənlər ABŞ-ın bölgəni etnik, dini və irqi ziddiyyətlərə uyğun bölmək planının bir hissəsidir», deyə bəyanatda bildirilir.

Misirdə xristianların kütləvi aksiyası zamanı baş vermiş qarşıdurma nəticəsində ən azı 36 nəfər həlak olub, 327 nəfər isə yaralanıb.

Xristianların çıxışlarına səbəb Əl-Mareynab kəndində müsəlmanların kilsəni yandırması olub. Bu hərəkətin ardından bölgənin qubernatoru kilsənin icazəsiz tikildiyini və ona görə də bərpa edilməyəcəyini bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR