Bank Of Baku

Allahşükür Paşazadə Avstriya prezidentinin xanımını qəbul edib - FOTO

Allahşükür Paşazadə Avstriya prezidentinin xanımını qəbul edib - <font color=red>FOTO</font>
# 12 oktyabr 2011 10:29 (UTC +04:00)
APA-nın məlumatına görə, Avstriyanın birinci xanımını bu ölkənin rəsmi şəxsləri, Azərbaycanın Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova, həmçinin QMİ-nin təmsilçiləri müşayiət edib.

Sonra qonaq və onu müşayiət edən şəxslər Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, şeyxülislam Allahşükür Paşazadə ilə görüşüblər. A. Paşazadə qonağı Azərbaycanda görməkdən məmnun olduğunu deyərək xanım Fişerdən onun salamlarını Avstriya prezidentinə çatdırmasını xahiş edib. Azərbaycanda dini tolerantlığın yüksək səviyyədə olduğunu qeyd edən QMİ sədri, ölkədə din və vicdan azadlığının qorunduğunu vurğulayıb.

M. Fişer “Təzəpir”lə tanışlıqdan və A. Paşazadə ilə görüşdən məmnun olduğunu söyləyərək Azərbaycandakı digər dini icmaların rəhbərləri ilə də görüşəcəyini bildirib.

Sonda A. Paşazadə M. Fişerə, qonaq isə A. Paşazadəyə xatirə hədiyyələri təqdim edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR