Bank Of Baku

Türkiyənin Dini İşlər İdarəsinin rəhbəri Şəhidlər Camesinə baş çəkib

Türkiyənin Dini İşlər İdarəsinin rəhbəri Şəhidlər Camesinə baş çəkib
# 14 oktyabr 2011 09:46 (UTC +04:00)
APA-nın məlumatına görə, bunu Azərbaycanda səfərdə olan Türkiyənin Dini İşlər İdarəsinin rəhbəri Mehmet Görməz deyib. O, iki ölkə arasında münasibətlərin yüksək səviyyədə olduğunu bildirib: “İki ölkənin müvafiq dini qurumları - Dini İşlər İdarəsi və Qafqaz Müsəlmanları İdarəsi arasında münasibətlərin təkcə Türkiyə və Azərbaycan üçün deyil, eyni zamanda bütün bölgə, bütün Qafqaz, Rusiyanın bütün müsəlmanları üçün önəmli olduğuna inanırıq. Bu əməkdaşlığımız davam edəcək”.

Türkiyəli qonaq bu gün Fəxri Xiyabanı və Şəhidlər Xiyabanını ziyarət edərkən onu Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadə və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucov müşayiət edib. Onlar daha sonra hazırda bağlı olan Şəhidlər Camesinə baş çəkiblər. Məscidin vəziyyəti ilə tanış olan M. Görməz içəri girməyib.

Qonaq həmçinin Türkiyənin Azərbaycandakı səfirliyinin dini işlər müşavirliyində də olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR