Bank Of Baku

Azərbaycan prezidenti Türkiyənin Diyanət İşləri Başqanını qəbul edib

Azərbaycan prezidenti Türkiyənin Diyanət İşləri Başqanını qəbul edib
# 14 oktyabr 2011 14:02 (UTC +04:00)
APA-nın məlumatına görə, dövlət başçısı Azərbaycan ilə Türkiyə arasında dostluq münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyini vurğulayıb. Dini-mənəvi dəyərlərlə bağlı Azərbaycanda bir sıra beynəlxalq tədbirlərin, o cümlədən ötən il Dünya Dini Liderlərinin Bakı Sammitinin yüksək səviyyədə keçirildiyini qeyd edən dövlət başçısı əməkdaşlığın genişlənməsində bu cür tədbirlərin önəmini vurğulayıb.

Prezident İ. Əliyev Mehmet Görmezin Azərbaycana səfərinin bu sahədə əlaqələrin daha da möhkəmləndirilməsi işinə xidmət edəcəyini deyib.

Öz növbəsində, sonuncu dəfə beş il əvvəl Bakıya səfər etdiyini deyən qonaq ötən dövr ərzində Azərbaycanda çox yüksək inkişafın şahidi olduğunu qeyd edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR