Bank Of Baku

Türkiyənin Diyanət İşləri başqanı Azərbaycanın Zaqatala rayonuna səfər edib

Türkiyənin Diyanət İşləri başqanı Azərbaycanın Zaqatala rayonuna səfər edib
# 15 oktyabr 2011 09:48 (UTC +04:00)
APA-nın yerli bürosunun məlumatına görə, M. Görməz Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə ilə birlikdə Zaqatalanın Tala kəndindəki məsciddə namaz qılıb.

Rayon mərkəzindəki parkla tanış olan qonaq Tarix Diyarşünaslıq Muzeyinə də baş çəkib.

M. Görməz və A. Paşazadə daha sonra Bakı İslam Universitetinin Zaqatala filialının həyətində Türkiyənin inşa etdirdiyi məscidə baxış keçirib. Türkiyəli nazir filialın fəaliyyəti ilə də yaxından tanış olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR