Bank Of Baku

Həcc ziyarətinə gedəcək azərbaycanlı zəvvarların bir qismi Qafqaz Müsəlmanları İdarəsinin təşkil etdiyi kurslara qatılmayıb

Həcc ziyarətinə gedəcək azərbaycanlı zəvvarların bir qismi Qafqaz Müsəlmanları İdarəsinin təşkil etdiyi kurslara qatılmayıb
# 20 oktyabr 2011 11:43 (UTC +04:00)
APA-nın məlumatına görə, hacılığa namizəd olan şəxslər kurslarda heç də aktiv iştirak etməyib, onların bir qismi dərslərə ümumiyyətlə qatılmayıb. Həcc ziyarəti zamanı həyata keçirilən ayin və əməllərin öyrədilməsindən ibarət olan kurslar artıq başa çatıb.

Bununla yanaşı, zəvvarlara QMİ-nin hazırladığı “Həccə bələdçilik” kitabı və “Ömreyi-təməttö və Həcc-təməttönün əməlləri” adlı broşür verilib.

Qeyd edək ki, azərbaycanlı zəvvarların bir qismi müqəddəs ziyarətə avtobuslarla, bir qismi isə təyyarələrlə yola düşəcək. Ümumilikdə 44 avtobus iki karvan şəklində gedəcək. Oktyabrın 23-ü yola düşəcək ilk karvanda 18 avtobus, oktyabrın 24-ü yola düşəcək ikinci karvanda isə 26 avtobus olacaq. “Azadlıq” meydanında tikinti işləri getdiyindən zəvvarlar ziyarətə Qaradağ rayonunda yerləşən “Binə” ticarət mərkəzinin yaxınlığındakı meydandan yola düşəcəklər.

Təyyarələr isə daha gec – 28-31 oktyabr tarixlərində zəvvarları Həcc ziyarətinə aparacaq. Ümumilikdə 5 təyyarə olmaqla oktyabrın 28, 30 və 31 oktyabr tarixlərində 1, 29 oktyabrda isə 2 təyyarə havaya qalxacaq.

QMİ Azərbaycan Həcc missiyasının təşkilatçısı olaraq, Həcc ziyarəti ilə bağlı müqəddəs Məkkə və Mədinə şəhərlərinə səfərləri Səudiyyə Ərəbistanının Həcc Nazirliyi ilə imzalanmış protokol əsasında həyata keçirir.

2011-ci ildə Azərbaycandan Həcc ziyarətinə ölkəmiz üçün nəzərdə tutulan kvotaya uyğun olaraq, 2 000 zəvvar avtobus və təyyarələrlə müqəddəs məkanlara yola düşəcək.

Ziyarət səfərləri avtobuslarla 2650 manat (keçən il 2500 manat olub), təyyarə ilə səfər edənlər üçün isə 3750 manat (keçən il 3500 manat olub) dəyərindədir. Bu məbləğə zəvvarların nəqliyyat, mehmanxana, viza xərcləri, torpaqbasdı vergisi, çadırların icarə haqqı daxildir.

Builki yeniliklərdən biri də QMİ-nin Həcc ziyarətinə avtobusla gedəcək azərbaycanlı zəvvarların marşrutunda dəyişiklik etməsidir. Belə ki, zəvvarlar bu il Suriyada baş verən hadisələrlə əlaqədar Həccə Azərbaycan-İran-İraq-Səudiyyə Ərəbistanı marşrutu üzrə hərəkət edəcəklər. Zəvvarlar Həcc ziyarətinə gedərkən və qayıdarkən İraqdakı müqəddəs yerləri, o cümlədən Nəcəf və Kərbəlanı da ziyarət edə biləcəklər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR