Bank Of Baku

Hacı İlqar İbrahimoğlu dinlərarası dialoq üzrə 9-cu beynəlxalq konfransda iştirak edir

Hacı İlqar İbrahimoğlu dinlərarası dialoq üzrə 9-cu beynəlxalq konfransda iştirak edir
# 24 oktyabr 2011 12:33 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Dini Etiqad və Vicdan Azadlığı Mübarizə Mərkəzinin (DEVAMM) sədri Hacı İlqar İbrahimoğlu Qətərin paytaxtı Doha şəhərində keçiriləcək Dinlərarası dialoq üzrə 9-cu beynəlxalq konfransda iştirak etmək üçün bu ölkəyə səfər edib. DEVAMM-ın mətbuat xidmət APA-ya verilən məlumata görə, olaraq, “Sosial KİV-lər və dinlərarası mükalimə: Yeni Rabitə” mövzusunda keçiriləcək konfransa müxtəlif dinlərin nümayəndələri və alimlər qatılacaq.

Tədbir çərçivəsində “Kommunikasiya texnologiyaların yaranma və inkişaf tarixi”, “Sosial kommunikasiya vasitələrinin, obyektlərinin və xidmətlərinin təhlili”, “Sosial kommunikasiyalar - mükalimə ünsürü kimi”, “Elm və din”, “Sosial kommunikasiyaların optimal istifadəsi” və digər mövzularla bağlı seminarlar keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR