Bank Of Baku

Azərbaycanlı zəvvarlar İraq ərazisinə keçib

Azərbaycanlı zəvvarlar İraq ərazisinə keçib
# 24 oktyabr 2011 14:51 (UTC +04:00)
Bakı. Pərvin Abbasov - APA. Azərbaycanlı zəvvarların ilk qrupu artıq İran sərhədindən keçərək İraq torpaqlarına daxil olub. APA-nın məlumatına görə, zəvvarlar bu ölkənin Nəcəf şəhərindəki müqəddəs yerləri ziyarət edəcək. Qayıdarkən isə onlar Kərbəlanı da ziyarət etmək imkanı qazanacaq.

Azərbaycanlı zəvvarların ikinci qrupu hazırda İran ərazisindədir. Birinci karvanda 18, ikinci karvanda 26 avtobus var. İran ərazisində zəvvarları bu ölkənin təhlükəsizlik qüvvələri müşayiət edir.

Təyyarələr isə 28-31 oktyabr tarixlərində zəvvarları Həcc ziyarətinə aparacaq. Ümumilikdə oktyabrın 28-də, 30-da və 31-də 3, oktyabrın 29-da isə 2 təyyarə havaya qalxacaq.

Azərbaycandan Həcc ziyarətinə keçən il olduğu kimi, 2 000 zəvvar avtobus və təyyarələrlə yola düşəcək. Ziyarət səfərləri avtobuslarla 2650 manata (keçən il 2500 manat olub), təyyarə ilə 3750 manata (keçən il 3500 manat olub) başa gəlir. Bu məbləğə zəvvarların nəqliyyat, mehmanxana, viza xərcləri, torpaqbasdı vergisi, çadırların icarə haqqı daxildir.

Builki yeniliklərdən biri də QMİ-nin Həcc ziyarətinə avtobusla gedəcək azərbaycanlı zəvvarların marşrutunda dəyişiklik etməsidir. Belə ki, zəvvarlar bu il Suriyada baş verən hadisələrlə əlaqədar Həccə Azərbaycan-İran-İraq-Səudiyyə Ərəbistanı marşrutu üzrə hərəkət edəcəklər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR