Bank Of Baku

Həmsədrlər Allahşükür Paşazadə ilə görüşüblər

Həmsədrlər Allahşükür Paşazadə ilə görüşüblər
# 24 oktyabr 2011 15:10 (UTC +04:00)


Bakı. Viktoriya Dementyeva - APA. Bakıda səfərdə olan ATƏT-in Minsk qrupunun həmsədrləri Robert Bradtke (ABŞ), Bernar Fasie (Fransa), İqor Popov (Rusiya) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik bu gün Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Allahşükür Paşazadə ilə görüşüblər. APA-nın məlumatına görə, görüşdən sonra fransalı həmsədr jurnalistlərə açıqlamasında A. Paşazadə ilə görüşün özəl xarakter daşıdığını bildirərək, müzakirə olunan məsələləri açıqlamayıb.

Bununla belə, diplomat deyib ki, həmsədrlər növbəti dəfə regiona noyabr ayının sonunda səfər edəcəklər.

Diplomatik mənbələrdən isə APA-ya məlum olub ki, həmsədrlərlə görüşdə A. Paşazadənin noyabrın 28-30-da Ermənistanda keçiriləcək MDB ölkələri Dinlərarası Şurasının iclasında iştirakı məsələsi də müzakirə olunub.

Onu da əlavə edək ki, vasitəçilər A. Paşazadə ilə görüşdən sonra “Təzə Pir” məscidi ilə tanış olublar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR