Bank Of Baku

Azərbaycanlı zəvvarlar ziyarətə başlayıblar

Azərbaycanlı zəvvarlar ziyarətə başlayıblar
# 25 oktyabr 2011 10:13 (UTC +04:00)
APA-nın məlumatına görə, azərbaycanlı zəvvarlar Həzrəti Əlinin (ə. s.) qəbri də daxil olmaqla, bir sıra müqəddəs yerləri ziyarət edir. Zəvvarlar oktyabrın 26-da İordaniyaya yola düşəcəklər.

Azərbaycanlı zəvvarları Nəcəfdə İraqın təhlükəsizlik xidmətinin əməkdaşları müşayiət edirlər.

Qeyd edək ki, azərbaycanlı zəvvarlardan ibarət birinci karvanda 18, ikinci karvanda 26 avtobus var.

Təyyarələr isə 28-31 oktyabr tarixlərində zəvvarları Həcc ziyarətinə aparacaq. Ümumilikdə oktyabrın 28-də, 30-da və 31-də 3, oktyabrın 29-da isə 2 təyyarə havaya qalxacaq.

Azərbaycandan Həcc ziyarətinə keçən il olduğu kimi, 2 000 zəvvar avtobus və təyyarələrlə yola düşəcək. Ziyarət səfərləri avtobuslarla 2650 manata (keçən il 2500 manat olub), təyyarə ilə 3750 manata (keçən il 3500 manat olub) başa gəlir. Bu məbləğə zəvvarların nəqliyyat, mehmanxana, viza xərcləri, torpaqbasdı vergisi, çadırların icarə haqqı daxildir.

Builki yeniliklərdən biri də QMİ-nin Həcc ziyarətinə avtobusla gedəcək azərbaycanlı zəvvarların marşrutunda dəyişiklik etməsidir. Belə ki, zəvvarlar bu il Suriyada baş verən hadisələrlə əlaqədar Həccə Azərbaycan-İran-İraq-İordaniya-Səudiyyə Ərəbistanı marşrutu üzrə hərəkət edəcəklər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR