Bank Of Baku

Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Ayətullah Nasir Məkarim Şirazinin fikirlərinə münasibət bildirib

Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Ayətullah Nasir Məkarim Şirazinin fikirlərinə münasibət bildirib
# 26 oktyabr 2011 17:55 (UTC +04:00)
APA-nın verdiyi xəbərə görə, açıqlamada Ayətullah Nasir Məkarim Şirazinin Azərbaycanda dini durumla bağlı fikirləri əsassız və qərəzli olduğu bildirilir. Gündüz İsmayılovun fikrincə din xadimi adına yaraşmayan və böhtan xarakterli bu cür fikirlərin altında hansı məkirli niyyətlərin dayandığını müəyyən etmək çətin deyil. “Çünki bu şəxsin və onun kimilərin həqiqəti məqsədli şəkildə təhrif edərək, Azərbaycanla bağlı böhtanlar yayması və dindarları dövlətə qarşı qoymaq cəhdləri ilk dəfə baş vermir”.
Açıqlamada deyilir ki, Azərbaycanda heç vaxt islamafobiya olmayıb və ola da bilməz. İsmayılov qeyd edir: “Eyni zamanda, məscidlərin dağıdıldığını və insanların ibadət evlərinə getməsinə qadağa qoyulduğunu iddia etmək absurddur. Görünür, bu şəxs adına və tituluna yaraşmayan, amma yerinə yetirməyə borclu olduğu “vəzifə”ni yalan və böhtanla da olsa, icra etməyə çalışır”.
Onun sözlərinə görə, hər kəs bilməli və qəbul etməlidir ki, Azərbaycan dünyəvi dövlətdir və dünyəvi qanunlarla idarə olunur. Bu ona görədir ki, din siyasiləşməsin, müqəddəsliyini, azadlığını və paklığını qoruyub saxlasın. Eyni zamanda, heç kim başqa ölkələrin dövlət-din münasibətlərini Azərbaycana ixrac etmək fikrinə düşməməlidir.
İsmayılov müsəlmanları məzhəblərə bölmək, onları üz-üzə qoymaq heç kəsə, xüsusilə din xadimi adını daşıyan şəxsə başucalığı gətirmədiyini bildirib. Açıqlamada deyilir: “Biz bu şəxsdən və onun kimi düşünənlərdən fərqli olaraq, müsəlmanları məzhəblərə bölmürük. Əgər kimsə belə bölgü aparırsa, bu, onun səviyyəsini, İslama münasibətini və nə niyyət güddüyünü göstərir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR