Bank Of Baku

Azərbaycanda fəaliyyət göstərən və dini ayinlər həyata keçirən din xadimlərinin fəaliyyətinin lisenziyalaşdırılması təklif edilib

Azərbaycanda fəaliyyət göstərən və dini ayinlər həyata keçirən din xadimlərinin fəaliyyətinin lisenziyalaşdırılması təklif edilib
# 28 oktyabr 2011 14:58 (UTC +04:00)
APA-nın məlumatına görə, bu təklifi Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında millət vəkili Rəfael Cəbrayılov irəli sürüb. O bildirib ki, bu addım din xadimlərinin qanunvericiliyə zidd hərəkətlər etməsinin qarşısını alar, eyni zamanda onların fəaliyyətini tənzimləmiş olar: “İslamdan xəbəri olmayanın əlinə bir bloknot alıb “Yasin” oxuması ilə tez-tez rastlaşırıq. Bunlara son qoyulmalıdır».

Azərbaycandan kənarda dini təhsil almış vətəndaşların islam dininə aid ayin və mərasimlər həyata keçirməsinin qadağan edilməsi ilə bağlı İnzibati Xətalar Məcəlləsinə təklif olunan dəyişikliklərə millət vəkili Çingiz Qənizadənin münasibəti maraqlı olub. O xatırladıb ki, Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə Özbəkistanın Səmərqənd şəhərində təhsil alıb: “Məsələyə bu cür yanaşılması ortaya bu tip bəzi suallar çıxara bilər. Ona görə də dini ayinlər həyata keçirən din xadimləri ilə bağlı məsələdə ortaq məxrəcə gəlmək lazımdır”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR