Bank Of Baku

Allahşükür Paşazadə Qurban bayramı münasibətilə Azərbaycan müsəlmanlarını təbrik edib

Allahşükür Paşazadə Qurban bayramı münasibətilə Azərbaycan müsəlmanlarını təbrik edib
# 03 noyabr 2011 11:46 (UTC +04:00)
APA-nın məlumatına görə, təbrikdə Qurban bayramının dünya müsəlmanlarının ən şərafətli bayramlarından olduğu vurğulanıb: “Şükürlər olsun ki, Azərbaycan müsəlmanları artıq 20 ildir ki, öz müstəqilliyini bərpa edərək, dünya müsəlmanları ilə birgə Qurban bayramını istər Vətəndə, istərsə də İslamın müqəddəs məkanlarında layiqli şəkildə qarşılamaq imkanına malikdirlər. İslami dəyərlərə sahib duran dövlətimizin qayğısı sayəsində biz bu mübarək məqamı 2 gün bayram etmək şərəfinə nail olmuşuq. Bu əziz gündə həm müqəddəs Məkkeyi-mükərrəmədə, həm də ölkəmizin məscidlərində dualar edən Azərbaycan müsəlmanları Vətənimizin taleyinin ən çətin anlarında bizə öndər olmuş millət atası Heydər Əliyev həzrətlərinin ruhu üçün rəhmət diləyir, onun müdrik yolunun layiqli davamçısı möhtərəm prezident İlham Əliyevin müstəqilliyimizi qorumaq, xalqımızı daha böyük uğurlara doğru aparmaq, Azərbaycanın haqq işinin zəfər çalması yolunda dəyərli fəaliyyətinə rəvac verməsini Uca Allahdan arzulayırlar. Azərbaycan dövlətinin bu günlərdə dünya miqyasında tarixi uğura imza atması - ölkəmizin daha bir mötəbər məqamda – BMT səviyyəsində layiqli yer alması Azərbaycan müsəlmanlarının Qurban bayramı öncəsi sevincini daha da artırdı. Şübhəsiz ki, dövlətimizin gün-gündən yüksələn iqtisadi qüdrəti, möhkəmlənən siyasi iradə və nüfuzu, milli-mənəvi dəyərlərin davamlı dirçəlişi Azərbaycan xalqının mübarək bayram əhval-ruhiyyəsini, daha gözəl sabahlara inamını artıran gözəl məqamlardır. Bu əziz gündə müstəqilliyimiz uğrunda, Vətən yolunda şəhid olmuş oğul və qızlarımızın ruhlarına rəhmət diləyərək, Vətənimizin ərazi bütövlüyünü bərpa etməkdə, Azərbaycanın dövlət bayrağını tezliklə doğma Qarabağda ucaltmaqda bizlərə yardımçı olması üçün Allah-Təalaya dualar edirik. Valideynlər, doğmalarla yanaşı qaçqın, köçkün, kimsəziz soydaşlarımıza bu mübarək bayramı hamı ilə birgə könül xoşluğu ilə keçirmək imkanı yaratmaq, onun sevincini ehtiyacı olanlarla paylaşmaq Allaha xoş gedən savab əməllərdəndir. Bu əziz günlərdə Şeyxülislam olaraq, Azərbaycan xalqına xeyir-dualarımı yetirir, Uca Allahın nəzərinin üzərimizdə hər zaman bərqərar olmasını diləyirəm. Allah-Təala qurbanlarımızı qəbul, ülvi niyyətlərimizi müstəcab etsin, inşallah! Amin! Allah Qurban bayramımızı mübarək etsin! Vəs-səlamu əleykum və rəhmətullahi və bərəkatuhu!”
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR