Bank Of Baku

Həcc ziyarətindən qayıdan azərbaycanlı zəvvarlar artıq İraq ərazisindədir

Həcc ziyarətindən qayıdan azərbaycanlı zəvvarlar artıq İraq ərazisindədir
# 12 noyabr 2011 09:01 (UTC +04:00)
Bakı. Pərvin Abbasov - APA. Hacı adını almış azərbaycanlı zəvvarların ilk qrupu İordaniyadan İraq ərazisinə keçib. APA-nın məlumatına görə, zəvvarları İraq ərazisində bu ölkənin təhlükəsizlik qüvvələri yüksək səviyyədə qoruyur. Zəvvarlar bu gün axşam saatlarında Kərbəla şəhərinə çatacaq və burada ziyarətə başlayacaqlar. Noyabrın 14-də isə ilk qrup Bakı istiqamətində yola düşəcək.

Zəvvarların ikinci qrupu da hazırda yola çıxıb.

Təyyarələr isə azərbaycanlı zəvvarları noyabrın 14-dən etibarən Səudiyyə Ərəbistanından Vətənə gətirməyə başlayacaq. Zəvvarları gətirən sonuncu təyyarə noyabrın 20-də Bakıya enəcək.

Qeyd edək ki, 2500 nəfərdən ibarət azərbaycanlı zəvvarlar 18 və 26 avtobusdan ibarət iki karvanla və 5 təyyarə ilə Həcc ziyarətinə yola düşüb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR