Bank Of Baku

Bakıda Qədr-Xum bayramı münasibətilə tədbir keçirilib

Bakıda Qədr-Xum bayramı münasibətilə tədbir keçirilib
# 14 noyabr 2011 13:21 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. İran Mədəniyyət Mərkəzinin Şəhriyar Mədəniyyət Evində Qədr-Xum bayramı münasibətilə tədbir keçirilib. APA-nın məlumatına görə, “Qurani-Kərim”dən ayələrin oxunması ilə başlayan bayram mərasimində Həzrəti Əlinin şəxsiyyəti barədə danışılıb. İranın Azərbaycandakı səfiri Məhəmmədbağır Bəhrami bildirib ki, bu gün dünyada Həzrəti Əlinin ədalət prinsiplərinin bərqərar olunması uğrunda mübarizə güclənib.
Səfirin sözlərinə görə, müsəlmanlarla yanaşı, digər dini təriqətlərin nümayəndələri də bu yola üstünlük verirlər. M. Bəhrami son günlər Avropa və ABŞ-da hökumətin iqtisadi siyasətinin əleyhinə keçirilən aksiyalara da diqqəti yönəldib. O, bunların da ədalət uğrunda mübarizənin bir komponenti olduğu qeyd edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR