Bank Of Baku

Azərbaycan Dövlət Komitəsinin sədr müavini: “Xaricdə dini təhsil almış şəxslərdə milli və dövlətçilik təəssübkeşliyi olmur”

Azərbaycan Dövlət Komitəsinin sədr müavini: “Xaricdə dini təhsil almış şəxslərdə milli və dövlətçilik təəssübkeşliyi olmur”
# 16 noyabr 2011 12:40 (UTC +04:00)
APA-nın xəbərinə görə, bunu Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədr müavini Gündüz İsmayılov Bakı Dövlət Universitetində (BDU) İlahiyyat fakültəsi tələbələrinin də iştirak etdiyi tədbirdə deyib. G. İsmayılov İlahiyyat fakültəsində milli kadrların hazırlandığını deyərək, əlavə edib ki, dini bilən hər kəsə milli kadr demək olmaz: “Şəxsin dini bilməsindən başqa, gərək, onun milli və dövlətçilik təəssübkeşliyi də olsun ki, milli kadr deyək”.

G. İsmayılov xaricdə dini təhsil almış şəxslərdə milli və dövlətçilik təəssübkeşliyinin olmadığını, bu səbəbdən də onların milli kadr sayılmadığını vurğulayıb. Komitə sədrinin müavini Azərbaycanda məqsədli şəkildə sünni-şiə bölgüsünün aparıldığını da deyib.

“BDU-nun İlahiyyat fakültəsinin məscidi ölkədə yeganə məsciddir ki, burada sünni və şiələr bir yerdə namaz qılırlar”, - deyə G. İsmayılov bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR