Bank Of Baku

Hidayət Orucov: “Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində çalışanların çoxu təriqətlərə, cərəyanlara xidmət edirdi”

Hidayət Orucov: “Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində çalışanların çoxu təriqətlərə, cərəyanlara xidmət edirdi”
# 16 noyabr 2011 14:31 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. “Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin olunanda əvvəlki komanda ilə işləmək istəyirdim. Lakin sonra gördüm ki, komandada olanların çoxu müəyyən təriqətlərə, cərəyanlara xidmət edir”. APA-nın xəbərinə görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Hidayət Orucov deyib. H. Orucov bildirib ki, o, sədr təyin olunana qədər DQİDK-də çalışanların çoxu Azərbaycan dövlətçiliyinə xidmət etməyənlər olub: “Buna görə də mən həmin komanda ilə işləmədim. Əvəzində, Dövlət Komitəsinə 46 nəfər yeni işçi götürdük. Onlardan 32 nəfəri Bakı Dövlət Universitetinin İlahiyyat fakültəsinin məzunu idi”.

Qeyd edək ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi 2001-ci ildə yaradılıb. Komitə yarandığı vaxtdan 2006-cı il iyunun 27-nə qədər bu quruma Rafiq Əliyev rəhbərlik edib.

Həmin tarixdə isə Dövlət Komitəsinə Hidayət Orucov sədr təyin olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR