Bank Of Baku

Azərbaycan prezidenti Qəbələ şəhər məscidinin yeni binasının tikintisi ilə tanış olub

Azərbaycan prezidenti Qəbələ şəhər məscidinin yeni binasının tikintisi ilə tanış olub
# 18 noyabr 2011 10:37 (UTC +04:00)
APA-nın məlumatına görə, məscidin axundu milli mənəvi dəyərlərimizin qorunması və inkişaf etdirilməsinə xüsusi diqqət və qayğı göstərdiyinə görə, dövlət başçısına müqəddəs Qurani-Kərim hədiyyə edib.

Prezident İ. Əliyev məscidin gələcək görüntülərini əks etdirən fotostendə baxıb.

Məlumat verilib ki, Qəbələ şəhər məscidinin əvvəlki kiçik binası son dövrdə tamamilə yararsız vəziyyətə düşüb. Məscidin binasının tikintisinə 2011-ci ilin martında başlanılıb, bu məqsədlə 800 kvadratmetr torpaq sahəsi ayrılıb. Məscidin ikimərtəbəli əsas binasının, eləcə də giriş pilləkəninin, körpücüyün və 21,6 metr hündürlüyündə minarəsinin tikintisi artıq başa çatdırılıb. Minarələrin davamlılığını artırmaq məqsədi ilə 10 metr dərinliyində özül bərkitmə işləri aparılıb. Hazırda binanın daxilində işlər davam etdirilir.

Dövlət başçısının diqqətinə çatdırılıb ki, məscidin ərazisindəki məişət binasında da əsas işlər görülüb. Burada kitabxana, mərasim zalı, dəstəmaz yerləri və digər otaqlar olacaq.

Azərbaycan prezidenti tikinti işlərinin milli xüsusiyyətlər nəzərə alınmaqla aparılmasına dair tapşırıq verib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR