Bank Of Baku

Allahşükür Paşazadə Kirillə Ermənistana səfər məsələsini müzakirə edəcək

Allahşükür Paşazadə Kirillə Ermənistana səfər məsələsini müzakirə edəcək
# 18 noyabr 2011 12:00 (UTC +04:00)
Səfərdə məqsəd Moskva və bütün rusların patriarxı Kirilin anadan olmasının 65-ci ildönümü ilə əlaqədar yubiley tədbirlərində iştirak etməkdir. Noyabrın 22-dək davam edəcək səfər zamanı MDB Dinlərarası Şurasının həmsədri Şeyxülislam Allahşükür Paşazadənin şuranın digər həmsədri - patriarx Kirillə əlahiddə görüşü nəzərdə tutulur.

QMİ sədrinin, həmçinin, yubiley tədbirlərində iştirak edən Ümumgürcüstan Patriarx-Katolikosu II İlya ilə görüşü də planlaşdırılır.

APA-nın əldə etdiyi məlumata görə, A. Paşazadə patriarx Kirillə görüşdə özünün MDB Dinlərarası Şurası Rəyasət Heyətinin bu il noyabrın 29-30-da İrəvanda keçiriləcək iclasına qatılması məsələsini də müzakirə edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR