Bank Of Baku

Allahşükür Paşazadə Ermənistana səfərə razılıq verməzdən əvvəl İrəvanda imzalanacaq dördtərəfli sənədlərlə tanış olmaq istəyib

Allahşükür Paşazadə Ermənistana səfərə razılıq verməzdən əvvəl İrəvanda imzalanacaq dördtərəfli sənədlərlə tanış olmaq istəyib
# 23 noyabr 2011 10:24 (UTC +04:00)
QMİ-dən APA-ya verilən məlumata görə, A. Paşazadə MDB Dinlərarası Şurası Rəyasət Heyətinin bu il noyabrın 29-30-da İrəvanda keçiriləcək iclasının proqramı ilə tanış olub.

Proqramdan məlum olub ki, İrəvanda keçiriləcək toplantı çərçivəsində QMİ sədri Şeyxülislam Allahşükür Paşazadə, Moskva və bütün rusların patriarxı Kiril, Ümumgürcüstan patriarx-katolikosu II İlya və bütün ermənilərin katolikosu II Qaregin arasında imzalanması nəzərdə tutulan dördtərəfli sənədlərin layihələri hazırlanıb.

Şeyxülislam Allahşükür Paşazadə imzalanması nəzərdə tutulan sənədlərin layihələri ilə tanış olmaq istədiyini, yalnız bundan sonra İrəvana səfər edib-etməməklə bağlı qərar verəcəyini bildirib.

Sənədlərin layihələri yaxın günlərdə QMİ-yə çatdırılacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR