Bank Of Baku

Gürcüstandan həcc ziyarətinə gedən zəvvarlar vətənə dönüblər

Gürcüstandan həcc ziyarətinə gedən zəvvarlar vətənə dönüblər
# 25 noyabr 2011 17:58 (UTC +04:00)
Tiflis. Nizami Məmmədzadə-APA. Gürcüstandan həccə gedən 30 nəfər müsəlman noyabrın 24-də ziyarətdən qayıdıb. APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu barədə Gürcüstan Müsəlmanları İdarəsinin (GMİ) şeyxi Hacı Vaqif Əkbərov məlumat verib. Onun sözlərinə görə, həcc ziyarətinə həm Acarıstandan olan gürcü müsəlmanlar, həm də azərbaycanlıların kompakt yaşadığı Marneuli, Dmanisi, Bolnisi, Qardabani, Saqareco, Qabal bölgələrindən müsəlmanlar qatılıb. "Biz həcc ziyarətini çox uğurla başa vurduq. Məkkədə bizim üçün istənilən şərait yaradılmışdı. Biz GMİ yaradıldıqdan sonra belə bir heyətlə birinci dəfədir ki, həccə səfərə gedirdik. Məkkədə bildik ki, indiyədək hər il bizə 250 nəfər üçün kvota ayrılırmış. Bu barədə bizim məlumatımız yox idi. Biz zəvvarlarla səmimi söhbətlər apardıq, həcc əməllərini birlikdə yerinə yetirdik. Biz azərbaycanlı zəvvarlar Gürcüstanın, eləcə də Azərbaycanın müstəqilliyinin daha da möhkəmlənməsi, işğal olunan torpaqlarımızın geri qaytarılması üçün dualar etdik. Qarabağ bizim ağrımızdır, ürəyimizdir. Biz dualarımızda xüsusilə bu fikirləri vurğuladıq".
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR