Bank Of Baku

Gürcüstan patriarxı Cənubi Qafqaz ölkələri dini liderlərinin İrəvanda keçiriləcək görüşündə iştirak etməyəcək

Gürcüstan patriarxı Cənubi Qafqaz ölkələri dini liderlərinin İrəvanda keçiriləcək görüşündə iştirak etməyəcək
# 26 noyabr 2011 07:25 (UTC +04:00)
APA-nın məlumatına görə, bu barədə patriarxın müşaviri, beynəlxalq məsələlər üzrə ekspert Zurab Abaşidze bildirib.

“Mənim bildiyimə görə, patriarx həmin görüşdə iştirak edə bilməyəcək”, - deyə Z. Abaşidze bəyan edib.

Qeyd edək ki, noyabrın 28-29-da İrəvanda MDB Dinlərarası Şurası Rəyasət Heyətinin toplantısı keçiriləcək. Toplantıya ənənəvi dinlərin (İslam, xristian, iudaizm, buddizm) liderləri və nümayəndələri qatılacaq. Görüşdə Moskva və bütün rusların patriarxı Kiril və bütün ermənilərin katolikosu II Qaregin də iştirak edəcək.

Ermənilərin dini mərkəzi olan Eçmiədzinin mətbuat xidməti toplantıda II İlya ilə yanaşı, Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadənin də iştirakının gözlənildiyini açıqlayıb. Lakin A. Paşazadə toplantıya qatılacağını hələlik təsdiqləməyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR