Bank Of Baku

II Qaregin: “Qarabağ münaqişəsinin dinc yolla həllinin alternativi yoxdur”

II Qaregin: “Qarabağ münaqişəsinin dinc yolla həllinin alternativi yoxdur”
# 28 noyabr 2011 12:11 (UTC +04:00)
APA-nın “Armenia today” xəbər portalına istinadən verdiyi məlumata görə, bu sözləri MDB Dinlərarası Şurasının Rəyasət Heyətinin Ermənistanda keçirilən iclasındakı çıxışında bütün ermənilərin katalikosu II Qaregin deyib. O bildirib ki, Ermənistan və Dağlıq Qarabağ erməniləri öz qonşuları ilə sülh və əməkdaşlığa hazır olduqlarını dəfələrlə vurğulayıblar: “Türkiyə ilə əlaqələrin normallaşdırılması cəhdi də bunu sübut edir. Lakin bu cəhd Ankaranın inkar siyasəti üzündən uğursuz nəticələndi”.

II Qaregin Ermənistan, Azərbaycan və Rusiya dini liderləri arasında üçtərəfli görüşün planlaşdırılmasından məmnun olduğunu söyləyib və bu görüşün Dağlıq Qarabağ münaqişəsinin həllinə kömək və effektiv dialoqun inkişafına xidmət edəcəyini qeyd edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR