Bank Of Baku

Allahşükür Paşazadə: “Din xadimləri Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə dəstək verməlidirlər”

Allahşükür Paşazadə: “Din xadimləri Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə dəstək verməlidirlər”
# 28 noyabr 2011 12:41 (UTC +04:00)
APA-nın Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, bu bəyanatla Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə MDB Dinlərarası Şurası Rəyasət Heyətinin İrəvanda keçirilən iclasında çıxış edib.

O, həmçinin BMT Təhlükəsizlik Şurasının qətnamələrinin yerinə yetirilməməsi və ATƏT-in Minsk Qrupunun səylərinin real nəticələr verməməsindən təəssüfləndiyini vurğulayıb, bununla belə, səylərin davam etdirilməsinin vacibliyini qeyd edib.

A. Paşazadə bu kontekstdə Bütün Moskva və rusların Patriarxı Kirilin himayəçiliyi altında din xadimlərinin üçtərəfli görüşlərinin keçirilməsinin zəruriliyini də diqqətə çatdırıb. Onun sözlərinə görə, indiyə qədər keçirilmiş görüşlər müəyyən nəticələr verib. Bu görüşlər sayəsində əsirlərin dəyişdirilməsi mümkün olub, münaqişənin konfessiyalararası müstəviyə keçməsinin qarşısı alınıb.

A. Paşazadə münaqişənin nizamlanması istiqamətində səylərinə görə Patriarx Kirilə təşəkkürünü bildirib, bu fəaliyyətin davam etdirilməsini xahiş edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR