Bank Of Baku

Hacı Sabir Həsənli: “Allahşükür Paşazadə çıxış edərkən Ermənistan prezidentinin zalı tərk etməsi barədə yayılan xəbər doğru deyil”

Hacı Sabir Həsənli: “Allahşükür Paşazadə çıxış edərkən Ermənistan prezidentinin zalı tərk etməsi barədə yayılan xəbər doğru deyil”
# 29 noyabr 2011 12:42 (UTC +04:00)
APA-nın xəbərinə görə, bunu keçirdiyi mətbuat konfransında QMİ sədrinin müavini Hacı Sabir Həsənli deyib. O bildirib ki, İrəvan səfərində məqsəd erməni tərəfi ilə görüşmək deyil, MDB ölkələri Dinlərarası Şurasının Rəyasət Heyətinin toplantısında iştirak etmək olub. Hacı Sabir Aleksandr Atanın da A. Paşazadə ilə birlikdə səfərdə iştirak etdiyini söyləyib.

S. Həsənlinin fikrincə, yaxın zamanlarda münaqişənin həllinə yol açıla bilər: “Mən orda ayrı-ayrı adamlardan soruşurdum ki, bu sizə lazım idimi? Deyirdilər yox. Onlarda bir peşmançılıq gördüm. Özləri böyük layihələrdən, o cümlədən Bakı-Tiflis-Ceyhan layihəsindən kənarda qaldıqlarını etiraf edirdilər”.

Hacı Sabir Azərbaycan TV-lərindən birində guya Allahşükür Paşazadə çıxış edərkən Ermənistan prezidentinin tədbir keçirilən zalı nümayişkaranə şəkildə tərk etməsi barədə yayılan xəbərin düzgün olmadığını açıqlayıb: “Sarkisyan Minsk Qrupunun həmsədrləri ilə görüşə gedirdi. Gedənə də dedi ki, biz görüşəcəyik. Sonra şeyxülislam və Qareginlə görüşdü”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR