Bank Of Baku

Aşura günü Səbail rayonunda yerləşən məscidlərdə qanvermə aksiyası keçiriləcək

Aşura günü Səbail rayonunda yerləşən məscidlərdə qanvermə aksiyası keçiriləcək
# 02 dekabr 2011 08:42 (UTC +04:00)
Bakı. Pərvin Abbasov - APA. Dekabrın 6-na təsadüf edən Aşura günündə Bakının Səbail rayonunda yerləşən İçərişəhər “Cümə” məscidində könüllü qanvermə aksiyası keçiriləcək. APA-nın xəbərində görə, İçərişəhər «Cümə» məscidi dini icmasının sədri, Axund Surxay Məmmədli bildirib. Surxay Məmmədli deyib ki, artıq neçə illərdir Məhərrəm ayında keçirilən Aşura mərasimləri zamanı könüllü qanvermə aksiyaları təşkil olunur: “İçəri şəhər “Cümə” məscidi dini icmasının üzvləri, məscidə gələn dindarlar, həmçinin digər müsəlman bacı və qardaşlarımız bu aksiyada yaxından iştirak edirlər və artıq “Cümə” məscidində qanvermə aksiyasının təşkili ənənəvi hal alıb”.

Hacı Surxay qeyd edib ki, dini mərasimlər zamanı qan çıxarmaq, zəncir vurmaq, bədənə hər hansı xətər yetirmək bəyənilmir və bu işlər yalnız insanların xeyir gətirən istiqamətə yönəldilməlidir: “Buna görə də talassemiya, hemofiliyadan və digər irsi qan xəstəliklərindən əziyyət çəkən soydaşlarımız üçün keçirilən bu tədbiri dəstəkləyirik və artıq 6-cı dəfə Aşura günü məsciddə qanvermə aksiyası təşkil olunacaq. Ötən ilin Aşura mərasimi zamanı qanvermə aksiyasında 130-dan çox insan iştirak edib. Bu da biz dindarların irsi qan xəstəliklərindən əziyyət çəkən soydaşlarımızın müalicəsinə kiçik də olsa töhfəsi olub”.

Qeyd edək ki, Səbail rayonunda “Cümə” məscidi ilə yanaşı, rayonun ən iri dini mərkəzi sayılan Bibiheybət məscidində də könüllü qanvermə aksiyası keçiriləcək. Bununla əlaqədar Bibiheybət məscidində də hazırlıq işləri görülüb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR