Bank Of Baku

“Yəhova şahidləri” dini icması Azərbaycan Dövlət Komitəsini məhkəməyə verib

“Yəhova şahidləri” dini icması Azərbaycan Dövlət Komitəsini məhkəməyə verib
# 02 dekabr 2011 15:02 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə - APA. “Yəhova şahidləri” dini icması Dini Qurumlarla İş üzrə Dövlət Komitəsini məhkəməyə verib.

APA-nın xəbərinə görə, dini icma onlara məxsus ədəbiyyatın ölkəyə gətirilməsinə qoyulan məhdudiyyətin aradan götürülməsi barədə iddia ilə 1 saylı Bakı İnzibati iqtisad Məhkəməsinə müraciət ediblər. İddia əsasında bu gün məhkəmənin hazırlıq iclası keçirilib. Baxış iclası isə dekabrın 14-nə təyin olunub.

Qeyd edək ki, dini icma onlara məxsus “Gözətçi qülləsi” adlı jurnalın və digər ədəbiyyat nümunələrin Azərbaycana gətirilməsi üçün qoyulan məhdudiyyətin aradan götürülməsini istəyir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR