İran ayətullahlarının Azərbaycanla bağlı bəyanatlarına kim cavab verməlidir? - SORĞU
İlahiyyatçı alim Elşad Miri isə APA-ya deyib ki, QMİ-nin İran ayətullahlarının bəyanatlarına münasibət bildirəcəyinə inanmır: “Çox təəssüflər olsun ki, Azərbaycanda özlərini dindar adlandıran insanların bir çoxunun məzhəb baxımından təqlid etdikləri şəxslər ya İranda oturan ayətullahlar, ya da İraqda olan insanlardır. Ona görə də bu məsələlərlə bağlı sırf bu sahənin adamlarından ayətullahların fikirlərinə mənfi münasibət açıqlanacağını gözləmirəm. Ümumiyyətlə isə demək istəyirəm ki, İslamda ayətullah deyilən bir institut yoxdur. Çünki peyğəmbər (ə.s.) özü belə, özünü tanıdarkən Allahın ayəsi yox, Allahın qulu, elçisi olaraq tanıdıb. Elə haqqında danışdığımız məsələdə də heç bir məhkəmə qərarı olmadan, zaman və məkan nəzərə alınmadan, sözü nəyə görə işlətdiyi bilinmədən hər hansı adam haqqında ölüm hökmü vermək, sonra bunun icrası ilə bağlı şadyanalıq etmək İslamın mahiyyətinə, İslamın prinsiplərinə uyğun olmayan məsələdir və ziddir.”
Müsavat Partiyası Məclisinin sədri Arzu Səmədbəyli APA-ya deyib ki, ayətullah Məhəmməd Cavad Lənkəraninin R. Tağının ölümündən sonrakı açıqlaması nə dinə, nə də insanlığa sığır: “İranın təkcə həmin ayətullahı yox, başqa ayətullahları, bir çox din xadimləri, hətta dövlət rəsmilərinin Azərbaycanın ərazi bütövlüyünü, dövlətçiliyini təhdid edən, hakimiyyətini aşağılayan çox açıqlamalarına rast gəlmişik. Eyni zamanda, İran telekanallarının da Azərbaycan dövləti əleyhinə təbliğatları olub”.
A. Səmədbəyli bildirib ki, İran dini xadimlərinin açıqlamalarına QMİ münasibət açıqlamalıdır: “Qafqaz Müsəlmanları İdarəsi mütləq bu məsələlərə münasibət bildirməlidir. Özü də bu münasibət çox sərt olmalıdır. Qafqaz Müsəlmanları İdarəsinin münasibətinin gecikməsi düzgün deyil. Münasibət bildirmək onların borcudur”.
Deputat Rasim Musabəyov APA-ya deyib ki, bir çox ölkələrdən fərqli olaraq, İranda din xadimlərinin bəyanatları onların öz mövqeyi kimi başa düşülmür: “Nəzərə alsaq ki, İranda ayətullah sıradan fərdlər deyil, bütün ölkənin dövlət və ictimai sistemi onların ətrafında qurulub, təbii ki, bu bəyanatlar qəbulolunmazdır. Düşünürəm ki, Qafqaz Müsəlmanları İdarəsinin din xadimləri bu məsələyə münasibət bildirməlidirlər. Vacib deyil ki, Şeyx özü danışsın, amma digər din xadimlərinin mövqe sərgiləməsi düzgün olardı”.
Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə bildirib ki, İran tərəfdən Azərbaycanla bağlı bəyanatlar düşmənçilik mövqeyini göstərir: “Bu, beynəlxalq hüquq normalarına ziddir və qonşuluq siyasətinə xələl gətirir. Azərbaycanda bu məsələlərlə bağlı birmənalı mövqe var”.
DQİDK Rafiq Tağının qarşı edilən sui-qəsdə bağlı ayətullah Cavad Lənkəraninin verdiyi bəyanata münasibət açıqlayıb. DQİDK-nin mətbuat xidmətindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, yazıçı-jurnalist Rafiq Tağıya qarşı edilən sui-qəsd kriminal xarakterli hadisədir.
“Hadisənin hansı səbəbdən törədildiyini istintaq müəyyənləşdirəcək. Lakin bütün hallarda, insanın, xüsusilə də söz adamının qətlə yetirilməsi, yaxud ona qarşı sui-qəsd qəbuledilməzdir. Rafiq Tağının ölümündən sonra ayətullah Cavad Lənkəraninin verdiyi bəyanatda səsləndirilən fikirlər isə nəinki din xadiminə, hətta sadə müsəlmana da yaraşmır. Dini etiqadından asılı olmayaraq, insan həyatı dəyərlidir və başqasının ölümünə sevinməyə nə insani, nə də dini baxımdan haqq qazandırmaq olar”, - deyə Dövlət Komitəsindən bildirilib.
Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) məsələyə münasibət bildirilməyib.
Din
Dövlət Komitəsi: İrəvandakı Göy məsciddə baş verənlər bəşəri dəyərlərə hörmətsizlikdir
QMİ: İrəvandakı tarixi Göy məsciddə müsəlman dini mərasimi ilə bir araya sığmayan tədbirin keçirilməsi vandalizmdir
Dini konfessiyaların rəhbərləri Zəfər Tağını ziyarət ediblər
Səudiyyə Ərəbistanından Azərbaycana 46.5 ton qurban əti göndərilib - FOTO
Xəbər Lenti
ABŞ İsrail ordusuna İrana qarşı müharibəyə hazırlaşmaq barədə məlumat verib
Leyla Əliyeva COP31 çərçivəsində bir sıra görüşlər keçirib
Zelenski: Əbu-Dabidə keçirilən danışıqlarda irəliləyiş var və müharibənin sona çatması üçün ümid verib
Zelenskinin Stiv Uitkoff və Cared Kuşnerlə görüşü başa çatıb - YENİLƏNİB
Prezident “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş dəyirmi masada iştirak edib - YENİLƏNİB
UEFA Millətlər Liqasının qrup mərhələsində V tura start verilib - NƏTİCƏLƏR
İlham Əliyev Dublində Böyük Britaniyanın Baş naziri ilə görüşüb - YENİLƏNİB
İsrail Fransanın prezidentliyə namizədi Melanşona ölkəyə giriş qadağası qoyub
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib
Prezident İlham Əliyevin Litva Prezidenti Gitanas Nauseda ilə görüşü olub
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti Nikuşor Dan ilə görüşüb
İranın Sirik şəhəri hücuma məruz qalıb
Husilər Səudiyyə Ərəbistanının neft şirkətinə zərbələr endirdiklərini açıqlayıblar
Kuşner sülh danışıqlarının yeni raundunun nə vaxt keçiriləcəyini açıqlayıb
Azərbaycanla Böyük Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında Bəyannamə imzalanıb - TAM MƏTN
UEFA Millətlər Liqası: Türkiyə qrupda beşinci oyunu da uduzub
Pezeşkian: Müharibə heç kimin maraqlarına uyğun deyil
Nyu-Yorkda yaşayış binasının uçması nəticəsində ölənlərin sayı 8-ə çatıb - YENİLƏNİB
Gəncədə nəvəsinin andiçməsində itkin düşən Astara sakininin meyiti Göygöldə tapılıb
Azərbaycan Prezidenti İlham Əliyevin Dublində Çexiyanın Baş naziri ilə görüşü olub
Prezident İlham Əliyevin Yunanıstanın Baş naziri Kiriakos Miçotakis ilə görüşü olub
Britaniya Rusiyanın 10 ən iri neft şirkətinə qarşı sanksiya tətbiq edib
Medinski: Avropalılar Ukrayna ilə bağlı danışıqlara qoşulmağa çalışırlar
COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışı olub
Dublində Prezident İlham Əliyevlə Nikol Paşinyanın görüşü keçirilib - YENİLƏNİB3
Uitkoff üçtərəfli danışıqların yeni mərhələsinin anonsunu verib
Kavelaşvili: Gürcüstan-Azərbaycan münasibətləri ortaq dəyərlərə əsaslanır
Türkiyədə helikopter qəzaya uğrayıb, dörd hərbçi şəhid olub
Qordana Silyanovska-Davkova Nizami Gəncəvi irsinə xüsusi ehtiramı olduğunu bildirib
Şimali Makedoniya Prezidenti: Azərbaycan heç bir planın kənarında qala bilməz
Şimali Makedoniya Prezidenti Azərbaycanın enerji resurslarının Avropa üçün önəmli olduğunu bəyan edib
Kobaxidze və Paşinyan regional sülhü müzakirə ediblər
Hörmüzün şərqində daha iki qayda pozuntusuna yol vermiş neft tankerində yanğın olub
Bakı Media Mərkəzinin istehsalı olan “Sükut içində addımlar” filminin təqdimat mərasimi keçirilib - FOTO
Gələn il Bakıda Dünya Bankı ilə birgə qlobal konfrans keçiriləcək
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb
Fernando Muslera karyerasını bitirir
Kubanıçbek Ömüraliyev Türk İnvestisiya Fondunun prezidenti təyin olunub
BƏƏ-də zəncirvari qəza olub, 14 nəfər ölüb
Putinin Kremldə Uitkoff və Kuşnerlə danışıqları başa çatıb - YENİLƏNİB
Xocavənd sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
“Məclis.info”nun rəhbəri İmran Əliyevə və Elgiz Qəhrəmana hökm oxunub
Ukrayna ilk dəfə Baltik dənizində Rusiyanın “Kalibr” raketləri daşıyan döyüş gəmisini vurub
General Natiq Əliyevin külli miqdarda dələduzluqda ittiham olunan qızı barəsində ev dustaqlığı qərarı verilib
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - YENİLƏNİB
“Nvidia” rəhbəri Yensen Huanq istefa verib
Azərikard süni intellekt və davranış əsaslı yeni həllini təqdim edib
Vaşinqtonda Ağ Evin yaxınlığında atışma olub, azı 4 nəfər yaralanıb
FHN-də Konstitusiya Günü ilə bağlı tədbirlər keçirilib