Bank Of Baku

Gəncənin “İmamzadə” ziyarətgahında Aşura mərasimi keçirilib - FOTO

Gəncənin “İmamzadə” ziyarətgahında Aşura mərasimi keçirilib - <font color=red>FOTO</font>
# 06 dekabr 2011 11:12 (UTC +04:00)
Gəncə. Ayxan Hüseynov-APA. Aşura günü münasibətilə dünən axşam saatlarından başlayaraq Gəncədə yerləşən “İmamzadə” kompleksini ziyarət başlayıb. APA-nın Qərb bürosunun verdiyi məlumata görə, Gəncə və ətraf rayonlardan minlərlə insan “İmamzadə”yə gələrək 5-ci imam Məhəmməd Bağırın nəvəsi Şahzadə İbrahimin qəbrini ziyarət ediblər. Ziyarətgahın həyətində mağarlar qurularaq ehsan verilib. “İmamzadə”nin yaxınlığında xüsusi təşkil olunmuş qan qəbuletmə məntəqələri yaradılıb. İnsanlar könüllü şəkildə bura gələrək qan veriblər.

Qeyd edək ki, Aşura mərasimi ilə əlaqədar Gəncə şəhər Baş Polis İdarəsi, Gəncə şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası gücləndirilmiş iş rejiminə keçib.
Ötən illərdən fərqli olaraq bu il məscidlərdən “İmamzadə”yə kütləvi yürüşlər təşkil olunmayıb. Ziyarətgahda sinə vurulsa da, zəncir vurmaq, baş yarmaq kimi hallara rast gəlinməyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR